Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-144/2024 22.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadənin daşınar əmlak (avtomobil) üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadə daşınar əmlak (avtomobil) üzərinə həbs qoyulması barədə təqdimat ilə Bakı şəhəri Qaradağ Rayon Məhəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-222/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə xx.xx.2024-cü il tarixdə verilmiş icra sənədi üzrə Borclu məxsus “X3” minik markalı, **- LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadə təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu və X1 təqdim edilmişdir. Borclular könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki “X3” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyata alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Tələbkar ASC məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ünvanlayaraq, sözügedən avtomobilin üzərinə həbsin qoyulmasına zərurət olmadığından təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra şöbəsi və borclular məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatın dəlillərini araşdıraraq, iş materiallarını, habelə tələbkarın ərizələrini nəzərdən keçirərək müəyyən edir ki, borclu ilə tələbkar arasında razılıq olduğundan hazırda Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması zərurəti aradan qalxmışdır. Qeyd olunanlara əsasən, təqdimat təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Yuxarıda göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1, 44-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-144/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-144/2024
22.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver