Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-149/2024 13.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-222/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsinin icrası mərhələsində Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-222/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən, onun pensiyasının 25 faizinin tutulmaqla qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, həmin ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri, borclunun həmin ərizəsinin geri qaytarılması barədə sonuncu ərizəsini araşdıraraq müəyyən edir ki, ərizə ilə müraciət etmiş borclu tərəfindən həmin ərizənin geri qaytarılması xahiş edildiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 13.4, 152.1.9, 231.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər borcluya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4, 152.1.9, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-149/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-149/2024
13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver