Məhkəmə qərarları › İş №8(002)-150/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-150/2022

28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-150/2022 28.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, İcra məmuru Səbuhi Əhmədzadənin, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1469/2020-009 saylı 29.07.2020-ci il tarixli icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qullquçusu X2 tərəfindən verilmiş təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra İcra şöbəsinin İ dərəcəli ədliyyə qullquçusu X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1469/2020-009 saylı 29.07.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1990-cı ildə anadan olmuş və Bakı şəh., Sahil qəsəbəsi,E.Quliyev küç.,50,34 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 29.11.2021-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bu səbəbdən, icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru məhkəmə iclasında təqdimatın məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında borclu şəxsin 9 ay üzrə aliment borcunun olduğunu, bundan başqa alimenti ödəməkdən qəsdən yayındığını, borclu şəxs barəsində bütün məcburi icra tədbirlərinin tətbiq edildiyini, ancaq heç bir nəticə olmadığını, artıq üçüncü iş yeridir ki, aliment tutulan kimi iş yerini dəyişir, bundan əlavə onun adında heç bir əmlak, bank hesabında pul vəsaiti aşkar olunmadığını bildirərək, tələbkarın mənafeyini nəzərə alaraq, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak edərək, öz izahatında borclu şəxsin aliment borcunu ödəmədiyini, qəsdən yayındığını, bütün bunları isə bilərəkdən etdiyini, aliment ödəməkdən yayınmaq üçün xarici ölkəyə getmək istədiyini bildirərək, təqdimatın təmin eidlməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 2(002)-1469/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 08.10.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilsin.Cavabdeh Borclu 08.10.2017-ci il təvəllüdlü X3 3 (üç) yaşı tamam olanadək 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qeyd edilmişdir. İş materiallarından görünür ki, müvafiq icra sənədi üzrə Borclu tələbin könüllü icrası üçün 10 gün müddət vaxt verilmiş, icra sənədinin icra edilmədiyi halda cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarından görünür ki, Borclu izahatı alınmış, İmproteks quraşdırıcı işlədiyi və 650 manat gəliri olduğunu,borcunun ödəyəcəyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi, qeyd olunan icra sənədi icra edilməsi üçün Qaradağ Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, borclu icra məmurunun icraatında icra işinin mövcud olmasından xəbərdar olmuş, lakin müvafiq icra sənədi üzrə borcunun olmasına, habelə onun barəsində bir sıra məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, indiyədək borcunu qəsdən ödəməmiş, bununla da müvafiq icra sənədi üzrə tələbin icrasından qəsdən yayınmaqla, onun icrasından boyun qaçırmışdır. Bu hal isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, habelə tələbkarın mənafeyini əsas götürərək, hesab edir ki, müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə təqdimat əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 267-268-ci cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,E.Quliyev küç.,50,34 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan, qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar