Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-153/2024 17.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Borclu, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin iştirakı ilə, Cəbrayıl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(072)-15/2023 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(072)-15/2023 saylı icra sənədinə əsasən Borclu 1.685 manat borc və 34 manat 78 qəpik dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, həmin icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(072)-15/2023 saylı icra sənədinə əsasən Borclu 1.685 manat borc və 34 manat 78 qəpik dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən – ünvan 1 ünvana göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsində nəzərdə tutulmuş qərar qəbul edilərək, Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bu səbəbdən, məhkəmədən Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə izahatında bildirdi ki, hazırda borclunun icra hərəkətlərinin həyata keçirildiyi yerə məcburi gətirilməsi ilə bağlı əsaslar aradan qalxmışdır. Belə ki, borclu zərurət yarandığı halda icra yerinə gəlmiş, onun izahatı alınmışdır. Bu baxımdan təqdimatın təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, o, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınmamış, bundan öncəki gün icra məmurunun çağırışı ilə icra yerində olmuş, icra sənədinin icrası ilə bağlı ondan izahat alınmışdır. Ona görə də təqdimatın təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, borclunun və icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(072)-15/2023 saylı icra sənədindən görünür ki, Borclu 1.685 manat borc və 34 manat 78 qəpik dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarına əlavə olunmuş Cəbrayıl rayon İcra və Probasiya şöbəsinin 13 fevral 2024-cü il tarixli qərarından görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixdə icra məmurunun icraatına qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli 49992/2024-60-2 saylı bildirişinin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmədə müəyyən edildi ki, Borclu icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmamışdır. Bu hal həm borclunun həm də icra məmurunun izahatları, həmçinin də icra işində olan sənədlərlə təsdiq edilir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(072)-15/2023 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilə bilməz. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(072)-15/2023 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-153/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-153/2024
17.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver