Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-153/2025 19.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, Ərizəçi Borclu «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi» tələbinə dair ərizəsini (şikayətini) və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirib Müəyyən etdi: Ərizəçi Borclu «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi» tələbinə dair ərizə ilə (şikayətlə) məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)- 2732/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 308 manat alimentin, eləcə də, yaranmış borc üzrə 200 manat vəsait olmaqla, cəmi 508 manat alimentin onun tərəfindən cavabdehə hər ay ödənildiyi halda, yaranmış borcun hamısının ondan birdəfəlik ödənilməsi kimi Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1 hərəkətlərinin qanunsuz hesab edilməsi, eləcə də, yaranmış həmin borc üzrə hər ay 200 manat müəyyən edilməklə, tərəfindən onun ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni (şikayəti) və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizənin (şikayətin) mahiyyətindən görünür ki, ərizəçi tərəfindən «icra məmurunun hərəkətlərinin qanunsuh hesab edilməsi» xarakterli şikayət, «qanuni qüvvəyə minmiş məhkəmə aktının hissə-hissə icra edilməsi» xarakterli ərizə ilə eyni vaxtda məhkəməyə müraciət olunmuşdur. Lakin qanunvericiliyə əsasən Borclu icra məmurunun hərəkətlərindən şikayətinə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti məhkəmədə, qanuni qüvvəyə minmiş məhkəmə aktının hissə-hissə icra edilməsi tələbinə dair ərizəsinə isə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti məhkəmədə baxılmalıdır. Məhkəmə hesab edir ki, ərizəçi Borclu «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi» tələbinə dair ərizəsi (şikayəti) və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Borclu izah edilməlidir ki, o, icra məmurunun hərəkətlərindən şikayət ərizəsi ilə aidiyyəti məhkəməyə, icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi tələbinə dair ərizə ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149-150, 152, 263- 264, 267-268-ci maddələri rəhbər tutaraq Qərara aldı: Ərizəçi Borclu «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi» tələbinə dair ərizəsi (şikayəti) və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-153/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-153/2025
19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver