Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-157/2022 20.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı alimentin dayanadırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2390/2020 saylı qətnaməsi əsasında qət edilən aliment ödənişlərinin tutulmasının dayandırlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. İcra haqqında Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsində icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması halları, 18.1-ci maddəsində isə icraatın dayandırılmasının mümkün olduğu hallar qeyd edilmişdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Ərizənin məzmunundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizə icra sənədi üzrə icraat qaydasında deyil, iddia icraatı qaydasında verilmişdir. Bundan əlavə, icra haqqında qanunvericilikdə icra sənədi üzrə icraatın borclu şəxsin xahişi əsasında dayandırlması halı nəzərdə tutulmamışdır. İcra haqqında qanunvericilikdə icra sənədi üzrə icraatın dayandırılması əsasları və prosedur qaydaları dəqiq və birmənalı şəkildə qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia icraatı qaydasında verilmiş ərizəyə icra icraatı qaydasında mahiyyəti üzrə baxılmadan, borclu şəxsə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, borclu şəxsə qeyd edilən iddia ərizəsi ilə ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması və ya icra sənədi üzrə icraatın dayandırılması halları ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququnun olması izah olunmalııdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı alimentin dayandırılması barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №8(002)-157/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-157/2022
20.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver