Məhkəmə qərarları › İş №8(002)-160/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-160/2023

07.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-160/2023 07.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, Tələbkarnun, İcra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3439/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Bakı şəhər Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Bağırovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3439/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3439/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat sabit pul məbləğində aliment tutularaq Tələbkarnun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunın icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd olunan halları nəzərə alaraq təqdimatın təmin edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir. Tələbkar məhkəmə iclasında təqdimatın məzmununa və dəlillərinə uyğun izahat verərək, borclunun 1500-1600 manat aliment borcu olduğunu, ən son may ayında 203 manat aliment ödənildiyini, zənglərə və çağırışlara cavab vermədiyini, nəinki hər ayın alimentini, həm də yığılmış borcunu ödəməkdən yayındığını bildirərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. İcra məmuru X3 məhkəmə iclasında təqdimatın məzmununa və dəlillərinə uyğun izahat verərək, icra işinin əvvəlində az-az ödəniş etdiyini və hal-hazırda yerdə qalan borcu ödəmədiyini, borclunun icra hərəkətlərindən yayındığını, icra məmurunun çağırışlarına cavab vermədiyini, dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq dəvət edilsə də, icra şöbəsinə gəlməkdən yayındığını, son vaxtlar isə zənglərə də cavab vermədiyini, borclunun əmlakı barədə elektron icra sistemi vasitəsilə axtarış edilsə də adına hər hansı əmlak aşkarlanmadığı bildirərək təqdimatın təmin edilməsini xahiş etdi. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri, eləcə də iş üzrə e137795/2022-34-11-001 nömrəli İcra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3439/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qeyd edilmişdir. Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Abuzər Əlizadə tərəfindən xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə borcluya bildiriş xx.xx.2022-ci il tarixd şəxsən almış, Borclu icra məmurunun çağırışlarından yayınaraq icra şöbəsinə gəlməmiş və izahat verməmişdir. Bundan başqa, borclunun əmlakı barədə elektron icra sistemində axtarış edilmiş, lakin borclunun mülkiyyətində və istifadəsində hər hansı əmlak aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı tələbkarın, icra məmurunun izahatından və icra işinin materiallarından aydın olur ki, Borclu icra sənədi üzrə məlumatı olsa da, icra məmurunun çağırışları üzrə icra yerinə gəlməmiş, habelə icra sənədi üzrə tələbin icrasını bu günə qədər yerinə yetirməmiş, aliment üzrə borcu yığılmaqla məhkəmə qərarının icrası faktiki olaraq nəticəsiz qalmışdır. Bundan əlavə, borclu şəxs icra məmurunun çağırışı ilə gəlməməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı heç bir məlumat verməmişdir. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə borclunun barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, borclunun rəsmi iş yeri və mülkiyyətində daşınar və daşınmaz əmlakı olmadığından müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu (FİN: xxxxxxx) Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə və Bakı şəhər Qaradağ rayonu İcra Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar