Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-163/2022 28.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Rəsul Mirzəpurun daşınar əmlak (avtomobil) üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-4582/2018 saylı, 24 dekabr 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu və X1 müştərək qaydada 1196 ABŞ dolları borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Rəsul Mirzəpur təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Rəsul Mirzəpur təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi icraata 15.11.2019-cu il tarixdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borcluya edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu tələbin könüllü icrası müddətində icra sənədinin tələblərini icra etməmiş və icra sənədində göstərilən borc məbləğini ödəməmişdir. Borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədilə aidiyyatı dövlət orqanlarına sorğular ünvanlanmış və bəlli olmuşdur ki, Borclu məxsus “VAZ 21074” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu adına “VAZ 21074” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bütün göstərilən halları nəzərə alaraq və təqdimata əlavə edilən sənədləri, o cümlədən borclunun icra şöbəsinə çağırış barədə sms-bildirişin surətini tədqiq edərək məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 21074” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-163/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-163/2022
28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver