Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-164/2024 22.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3787/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3787/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1965-ci ildə anadan olmuş və Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 1128 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun öikədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş edir. Tələbkar, icra məmuru və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata borclu, icra məmuru və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimata əsasən 2.1-ci maddəsinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təlimatın 2.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər...2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Belə ki, icra işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3787/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 1128 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu xx.xx.2018-ci il tarixdə borcluya təqdim olunmuş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra haqqında qanunvericiliyin tələbindən və işin faktiki hallarından göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiqi əsasları hazırkı halda mövcuddur. Göstərilənlərdən aydın olur ki, İcra haqqında Qanunun 84-cü maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi, o cümlədən qərarların icra olunmaması halında barəsində müvafiq icra tədbirlərinin görüləcəyi barədə ona xəbərdarlıq edilmiş, bunlara baxmayaraq borclu icra sənədinin icrasından bu günədək üzrsüz səbəbdən yayınmışdır. Məhkəmə qeyd olunan icra sənədindən məlumatlı olan borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması halını, məhkəmə qərarının uzun müddət icrasız qalmasını, icra məmuru tərəfindən görülmüş tədbirlərin nəticə verməməsini, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda qeyd edilən əsasların hazırkı işdə yaranmasını nəzərə alaraq və tələbkarın mənafeyini əsas götürərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 267-268ci cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yaşayan Borclu (FİN xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-164/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-164/2024
22.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver