Məhkəmə qərarları › İş №8(002)-174/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-174/2023

21.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-174/2023 21.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2833/2023 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi üzrə 12 dekabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Borclu itirilmiş mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu Qaradağ rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsini xahiş etmişdir. Təqdimata görə, icra sənədi onun icraatına xx.xx.2023-cü il tarixdə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən o, təqdimatla məhkəməyə müraciət edərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərdən, o cümlədən sms-bildirişin surətindən görünür ki, borcluya müvafiq xəbərdarlıq göndərilmiş, lakin o, icra şöbəsinə gəlməmiş və icra sənədini icra etməmişdir. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri tədqiq edərək və borclunun icra sənədini icra etməkdən yayınmasını nəzərə alaraq belə qənaətə gəlir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Kərimov X1 rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar