Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-179/2024 23.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1880/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən, cavabdeh Borclu maddi ziyanın əvəzi olaraq 17100 manat məbləğində pul və 139,87 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan "ZİL MMZ 45021" yük markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21705” minik markalı, **- TY-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı və "ZİL MMZ 4502" yük markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş və bəlli olmuşdur ki, Borclu mülkiyyətində olan "ZİL MMZ 45021" yük markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21705” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı və "ZİL MMZ 4502" yük markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillər dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu adında "ZİL MMZ 45021" yük markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” yük markalı, **-FV- *** dövlət qeydiyyat nişanlı, “VAZ 21705” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı və "ZİL MMZ 4502" yük markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilən halları, o cümlədən icra sənədi üzrə tələbin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, borcluya məxsus "ZİL MMZ 45021" yük markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avomobillərin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus "ZİL MMZ 45021" yük markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avomobillərin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-179/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-179/2024
23.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver