Məhkəmə qərarları › İş №8(002)-18/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-18/2025

28.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-18/2025 28.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi, X1, Borclu Mahmudova (Namazlı) Solmaz Mehdi qızı və onun vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1817/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə X1 ərizəsinə Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1817/2024 saylı qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1817/2024 saylı qətnaməsi ilə ona xx.xx.2022-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək, Novruz, Yeni il, Ramazan və Qurban bayramlarında bir gün əvvəl olmaqla saat 12:00-da 18:00-dək cavabdeh Mahmudova (Namazlı) Solmaz Mehdi qızının iştirakı ilə ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. Qətnamədə onun uşaqla ünsiyyətdə olmağı qeyd edilsə də harada və hansı şəraitdə uşaqla ünsiyyətdə olmağı qeyd edilməmişdir. O uşaqla ünsiyyətdə olmaq üçün cavabdehin yaşadığı ünvana dəfələrlə getsə də onlar onun uşaqla görüşməyinə imkan vermirlər, 102 xidmətinə zəng edərək onu hədələyirlər. Onun uşaqla ünsiyyətdə olmağı üçün ən münasib yer cavabdehin evə yaxın olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi 166 məktəbin arxa hissəsində gətirib uşağı ona təhvil versin. Uşağı ona təhvil verdikdən sonra o görüşünü həyata keçirib həmin yerdə uşağı anasına təhvil verə bilər. O uşağı ilə ünsiyyət zamanı onu öz evinə, parka, hər hansı bir uşaq əyləncə yerinə apara bilər. Lakin uşağın anası bunlara mane olur və bunların qətnamədə qeyd olunmadığını bildirir. Bu da qətnamənin icrasını mümkünsüz edir və ata kimi onun hüquqlarını pozur. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, ərizəni müdafiə edir. Anası uşağı ona qarşı öyrədir, uşaq onunla görüşərkən uzaq gəzir, qorxur, ağlayır və onunla görüşmək istəmir. Məktəb evə yaxındır. Mümkünsə o, borclunun evinə gedəndə problemlər yaranır, borclunun qardaşı anası problemlər yaradırlar. Odur ki, məhkəmənin qətnaməsinin icra qaydasının müəyyən edilməsini və borclunun yaşadığı evdən bir qədər kənarda, məktəbin yanında uşağın ona təhvil verilməsini və uşağının ona qarşı öyrədilməməsini xahiş edir, bununla yanaşı, axşam uşağı borclunun evinə aparıb təhvil verəcəyini və uşaq ağladığı, narahat olduğu təqdirdə ünsiyyət üçün müəyyən edilmiş vaxtdan da tez özü gətirib anasına təhvil verəcəyini bildirir. Borclu Mahmudova (Namazlı) Solmaz Mehdi qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, uşağı atasından ayırmadığını, sadəcə uşağın atasına yad olduğunu, illərdir tələbkarın uşaqla maraqlanmadığı üçün uşağın atasına getmək istəmədiyini, onun tərəfindən görüşə hər hansı maneə yaradılmadığını bildirərək, evdən 100-200 metr kənarda uşağı atasına təhvil verməyə və uşağın atası tərəfindən nənəsinin evinə aparılmasına etiraz etmədiyini, lakin məktəbin yanına uşağı aparmağa etiraz etdiyini bildirmişdir. Borclunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək qətnamənin icra üsulunun dəyişdirilməsini məhkəmənin mülahizəsinə buraxdığını, görüşün alınmamasının səbəbinin uşağın atası ilə görüşmək istəməməsi olduğunu bildirmişdir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən icra üsulunun dəyişdirilməsi barədə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1817/2024 saylı qətnaməsi ilə, iddia tələbi qismən təmin edilməsi, iddiaçı X4 xx.xx.2022-ci il təvəllüdlü X6 ilə hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək, Novruz, Yeni il, Ramazan və Qurban bayramlarından bir gün əvvəl olmaqla saat 12:00-dan 18:00-dək cavabdeh Mahmudova (Namazlı) Solmaz Mehdi qızının iştirakı ilə ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, ərizənin hərtərəfli araşdırılması məqsədilə müvafiq icra işi Qaradağ rayon İcra Şöbəsinə rəsmi məktublar ünvanlanmış və icra işi təqdim edilmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, qətnamə qanuni qüvvəyə minmiş, xx.xx.2024-ci il tarixdə icra sənədi verilmişdir. İcra sənədi icra olunmadığına görə X2 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, qətnamənin icra üsulu və qaydası dəyişdirilməsi barədə qərardad qəbul edilsin. Qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi imkanı Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsində müəyyən edilib. Həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında “qətnamənin icra üsulu” və “qətnamənin icra qaydası” anlayışları müəyyən olunub: qətnamənin icra üsulu iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur, qətnamənin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Məhkəmə hesab edir ki, hazırkı işdə qətnamənin icra üsulu və qaydasının dəyişdirilməklə uşağın harada atasına verilməsi və harada anasına qaytarılıb təhvil verilməsi qeyd edilməlidir. Çünki qətnamədə uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi və həmin hüququn həyata keçirilməsi vaxtı göstərilsə də, qətnamənin icrasını təmin edəcək müəyyən əlavə icra qaydası müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il № 15 qərarının 12.1-ci bəndinə əsasən, . Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. ....Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir.” Göstərilənlərə əsasən, məhkəmə tərəfindən borclu tərəfindən müvafiq qətnamənin icrasına çətinlik törədən və ya tələbkar üçün yaranmış əlverişsiz halların olmasına, başqa sözlə icra üsulunun dəyişdirilməsinə əsas verən müstəsna halın olmasını, habelə bununla bağlı tərəflərin razılığının olması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələbkar tərəfindən verilmiş ərizə qismən təmin edilməli, uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəlikləri müəyyən edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 tərəfindən verilmiş qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinə dair ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1817/2024 saylı qətnaməsi üzrə icra qaydası aşağıdakı kimi müəyyən olunsun: X1 xx.xx.2022-ci il təvəllüdlü X6 ilə ünsiyyət qaydası hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək, Novruz, Yeni il, Ramazan və Qurban bayramlarından bir gün əvvəl olmaqla saat 12:00-dan 18:00-dək cavabdeh Mahmudova (Namazlı) Solmaz Mehdi qızının iştirakı ilə ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2022-ci il təvəllüdlü X6 ünvan 2 ünvanından 100-200 metr kənarda, hər həftənin bazar günü saat 12:00-da borclu Mahmudova (Namazlı) Solmaz Mehdi qızı tərəfindən X2na, həmin gün saat 18:00-da isə, eyni ünvanda X2 tərəfindən borclu Mahmudova (Namazlı) Solmaz Mehdi qızına təhvil verilsin X1 xx.xx.2022-ci il təvəllüdlü X6 ilə ünsiyyət hüququ ananın iştirakı ilə həyata keçirilməsi borclu Mahmudova (Namazlı) Solmaz Mehdi qızının razılığına əsasən müəyyən edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar