Məhkəmə qərarları › İş №8(002)-185/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-185/2022

19.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-185/2022 19.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi, Zəngilan Rayon Məhkəməsinin 2(034)-240/2020 nömrəli, 06.05.2020-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan daşınar əmlakın üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Abuzər Əlizadənin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Abuzər Əlizadənin borcluya məxsus daşınar əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan “BMW528” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-240/2020 nömrəli, 06.05.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 700 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar-in xeyrinə ödənilməlidir.İcra sənədi 06.05.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq,surəti bildirişlə bərabər icra sənədi üzrə borclular X1,X2 və Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular məlumatına əsasən müəyyən olunmuşdur ki,Borclu məxsus olan “BMW528” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən edilmişdir.İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki,məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Qeyd olunan halların nəzərə alınaraq təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu,Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan elektron çıxarışından görünür ki, Borclu xüsusi mülkiyyətində “BMW528” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(034)-240/2020 nömrəli, 06.05.2020-ci il tarixli məhkəmə əmri Borclu 700 manat məbləğində əsəs borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu,cəmi 720 manat məbləğində pul vəsaiti tutularaq kreditor Tələbkar MMC-ə ödənilməsi qət edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu hazırki icra sənədi üzrə məlumatlı olsa da, uzun müddət keçməsinə baxmayaraq, indiyədək həmin tələbin icrası təmin edilməmişdir. Bu hal isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, habelə icra sənədinin icrasının təmin edilməsi məqsədini əsas götürərək,hesab edir ki, təqdimat əsaslı olmaqla, təmin edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan “BMW528” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Qaradağa rayonu İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar