Məhkəmə qərarları › İş №8(002)-187/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-187/2025

24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-187/2025 24.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(002)- 1507/2019 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(002)- 1507/2019-008 saylı icra sənədinə əsasən iddiaçı Tələbkar ilə Borclu arasında bağlanmış 14 noyabr 2009-cu il tarixli nikah qeydi pozularaq, tərəflərin birgə nikahıdan doğulmuş uşaqları - 30 yanvar 2019-cu il təvəllüdlü X2, 30 yanvar 2019-cu il təvəllüdlü X4 və 05 yanvar 2011-ci il təvəllüdlü X1 iddiaçı Tələbkar yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq, iddiaçı Tələbkar xeyrinə hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə üç uşağa görə 390 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək, borclu Ağamirov Qadir oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-1507/2019- 008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, lakin borclu tərəfindən icra sənədində olan tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən Borclu məhkəmə iclasınında təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna və tələbkara məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar üzürsüz səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru Orxan Göyüşlü tərəfindən xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya həmin tarixdə könüllü icra barədə bildiriş göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi borclu tərəfindən icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin həmin icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. xx xxxx 1985-ci il tarixdə Bak şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gün) müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar