Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-189/2022 13.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının, X8 oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2(002)-2390/2020 saylı qətnaməsinə izah verilməsi barədə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X5 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2(002)-2390/2020 saylı qətnaməsinə əsasən iddiaçı Borclu 10.07.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh Tələbkar xeyrinə ödənilməsi,İddiaçı Borclu 10.07.2018-ci il təvəllüdlü X1 3(üç) yaşı tamam olanadək hər ay əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-834/2021 04.05.2021-ci il tarixli qətnaməsi ilə 10.07.2018-ci il təvəllüdlü X1 iddiaçı Borclu himayəsində və yanında saxlanılması qət edilmişdir. Bundan sonra, yəni 11.05.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2(002)-2390/2020 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizədə qeyd edilir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-834/2021 saylı, 04.05.2021-ci il tarixli qətnaməsinə əsasən 10.07.2018-ci il təvəllüdlü X2 iddiaçı Borclun iddiaçı Borclu yanında və himayəsində saxlanılması qət edilmişdir.Bu barədə Borclu 26.04.2022-ci il tarixli ərizə ilə icra şöbəsinə müraciət etmiş və qeyd olunan halı nəzərə alaraq əmək haqqısının aparılan tutmalarının dayandırılması xahiş etmişdir. Beləliklə, qətnamələr arasında uyğunsuzluq vardır. İcra sənədinin icrasının səmərəli şəkildə təmin eidlməsi üçünBakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2390/2020 saylı 12.11.2020-ci il tarixli icra sənədinə izah verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən həmin qətnamə üzrə icra hərəkətlərinin davam etdirilib-etdirilməməsinə aydınlıq gətirilməklə müvafiq izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsinə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesad edir. Məhkəmə hesab edir ki, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X5 ərizəsi təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2(002)-2390/2020 saylı qətnaməsinə izah verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə dirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir” (Ali Məhkəmə Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 17-ci bəndinin birinci abzası). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda istinad edilən normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə qətnaməyə izah verilməsi həmin qətnamənin məzmunu dəyişdirmir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2390/2020 saylı 12.11.2020-ci il tarixli qətnaməsi üzrə 10.07.2018-ci il təvəllüdlü X4 anası Tələbkar himayəsində saxlanıldığından, uşağın saxlanması üçün atası Borclu onun xeyrinə aliment tutulması qət edilmişdir. indiki halda isə Qaradağ Rayon Məhkəməsinin 2(002)-834/2021 saylı 04.05.2021-ci il tarixli qətnaməsi əsasında 10.07.2018-ci il təvəllüdlü X1 atası Borclu himayəsinə verilmiş və hazırda da onun himayəsindədir. Göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2390/2020 saylı 12.11.2020-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində zərurət aradan qalxmış və həmin hissədə qətnamənin icrası əsası artıq mövcud deyildir. Odur ki, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X5 ərizəsi təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2(002)-2390/2020 saylı qətnaməsinə aşağıdakı məzmunda izah verilməlidir: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2390/2020 saylı 12.11.2020-ci il tarixli qətnaməsinin “İddiaçı Borclu 10.07.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh Tələbkar xeyrinə ödənilsin” hissəsində zərurət aradan qalxdığından (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin2(002)-834/2021 saylı 04.05.2021-ci il tarixli qətnaməsi əsasında 10.07.2018-ci il təvəllüdlü X1 atası Borclu himayəsinə verildiyindən ) qətnamənin həmin hissədə icrası (həmin hissədə icra hərəkətlərinin davam etdirilməsi) əsası mövcud deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Abşeron rayon icra və probasiya şöbəsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyun 2019cu il tarixli, 2(002)-1588/2019 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2(002)-2390/2020 saylı qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2390/2020 saylı 12.11.2020-ci il tarixli qətnaməsinin “İddiaçı Borclu 10.07.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh Tələbkar xeyrinə ödənilsin” hissəsində zərurət aradan qalxdığından (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin2(002)-834/2021 saylı 04.05.2021-ci il tarixli qətnaməsi əsasında 10.07.2018-ci il təvəllüdlü X1 atası Borclu himayəsinə verildiyindən ) qətnamənin həmin hissədə icrası (həmin hissədə icra hərəkətlərinin davam etdirilməsi) əsası mövcud deyildir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №8(002)-189/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-189/2022
13.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver