Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-192/2024 05.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-492/2024-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1990-ci ildə anadan olmuş və Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflər xəbərdar olunsalar da, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-492/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi üç uşağa görə 450 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən aydın olur ki, borcluya icra sənədlərində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq təmin edilməsi bildirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, təqdimatda göstərilənləri, eləcə də, icra işində olan məlumatları nəzərə alıb, istinad olunan Qanunun tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, yuxarıda göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsini 2(002)-492/24 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-192/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-192/2024
05.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver