Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-192/2025 21.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3498/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcluya məxsus əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan **********34 reyestr nömrəli torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 14733.8 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki, «Elektron icra» informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan **********34 reyestr nömrəli torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tələbkar məhkəmə iclasında təqdimata münasibətdə bildirdi ki, təqdimatı əsaslı hesab edir və təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə borcluya və icra məmuruna məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən borclu və icra məmrunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun və tələbkarın izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu 14.600 manat pul vəsaiti və tələbin təmin edilmiş hissəsinə uyğun 133.8 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, yuxarıda adı çəkilən icra sənədi icraata qəbul olunmuş, icra sənədi üzrə icraat başlanılmış və könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. Lakin borclu icra vərəqini könüllü icra müddəti ərzində icra etməmişdir. İcra məmuru borcludan bununla bağlı izahat almış, borcluya qanunvericiliyin tələbləri izah edilmişdir. Təqdimata əlavə olunmuş elektron portaldan çıxarışdan görünür ki, Borclu məxsus olan **********34 reyestr nömrəli torpaq sahəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsində göstərilir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan **********34 reyestr nömrəli torpaq sahəsinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3498/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan **********34 reyestr nömrəli torpaq sahəsinə həbs qoyulsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-192/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-192/2025
21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver