Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-194/2023 11.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-675/2023-003 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə məhkəməyə müraciət edərək, Borclunun məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-675/2023-003 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1037.30 manat məbləğində pul vəsaiti tutularaq təəbkar “X2” ASC-in xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunun icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclunun məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişi göndərilmiş, lakin bildirişin çatması barədə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatı verən icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilərək hazırkı iş üzrə icra işinin məhkəməyə təqdim edilməsi rəsmi qaydada xahiş edilmiş, lakin icra məmuru məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcra İşi № e124376/2023-34-19-004 məhkəməyə təqdim edilmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru borclu şəxsin onun çağırışları üzrə icra şöbəsinə gəlməkdən boyun qaçırması halına istinad edərək, onun məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir. Lakin məhkəmə araşdırması zamanı təqdimatın əsası kimi istinad edilənlərin, Borclu icra məmurunun çağırışlarından üzrsüz səbəbdən yayınması halının müəyyən edilməsi mümkün olmamış, borclunun tələbin könüllü icrası barədə bildirişi əldə etməsini təsdiq edən sübutlar İcra işində müəyyən edilməmişdir. Məhkəmə göstərilən halları nəzərə alaraq hesab edir ki, işin hazırkı faktiki vəziyyətində borclu şəxs barəsində məcburi gətirmə tədbirin tətbiq edilməsi özlüyündə şəxsin konstitusion hüquqlarının əsassız yerə məhdudlaşdırılması ilə nəticələnə bilər. Ona görə də, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-675/2023-003 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatı təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-194/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-194/2023
11.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver