Məhkəmə qərarları › İş №8(002)-198/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-198/2023

25.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-198/2023 25.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-439/2019 saylı xx.xx.2019 -cu il tarixli qərardadına əsasən Borclu əmlakı (avtomobili) üzərinə qoyulmuş həbsin götürülməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadə avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan «VAZ-21074» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Qaradağ rayon məhkəməsinin 2(002)-643 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 6501 manat alınaraq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi icraata qəbul olunduqdan sonra borcluya icraata başlamaq haqqında qərar və borc məbləğini 10 (on) gün müddətində könüllü ödənilməsi barədə bildiriş təqdim edilmişdir. Lakin həmin vaxt keçməsinə baxmayaraq Borclu borc məbləğini könüllü olaraq ödəməmişdir. Tələbin təmin edilməsi məqsədilə borclu şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakların, pul vəsaitlərinin öyrənilməsinə dair aidiyyəti təşkilatlara sorğular verilmiş, «VAZ-21074» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuş və Qaradağ rayon məhkəməsinin 8(002)-439 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuşdur. İcra sənədinin icrası borclu tərəfindən tam şəkildə təmin olunmuş, bu barədə tələbkar notariat qaydada şöbəyə ərizə təqdim etmiş və xx.xx.2023-cü il tarixli qərarla icra sənədinin icrasına xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq Borclu mülkiyyətində olan «VAZ-21074» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməsi üçün qərar qəbul etməyiniz xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflərə məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri, icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Tələbkar icra şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, Tələbkar bildirir ki, Borclu tərəfindən tam ödənilmişdir və ona qarşı heç bir şikayəti yoxdur. Təqdimata əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 8(002)-439 saylı xx.xx.2019cu il tarixli qərardadına əsasən Borclu adına «VAZ-21074» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli Qaradağ Rayon İcra şöbəsinin icraata xitam verilməsinə dair qərardan görünür ki, Borclu tərəfindən Tələbkar xeyrinə 6501 manat məbləğində borc tam ödənildiyindən icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin 8(002)-439 saylı xx.xx.2019cu il tarixli qərardadına əsasən «VAZ-21074» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-439 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən Borclu adına qeydiyyatda olan «VAZ-21074» markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar