Məhkəmə qərarları › İş №8(002)-199/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-199/2025

30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-199/2025 30.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Tələbkar Borclu iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1153/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması üçün Tələbkar ərizəsinə Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1153/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləğinin indeksasiya edilməsini- xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun və xx.xx.2020-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının indeksasiyasına uyğun olaraq qanuna müvafiq formada alimentin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1287/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun və xx.xx.2020-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Borclu Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına alimentin azaldılması ilə bağlı Apellyasiya şikayəti ilə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1153/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(012) 1287/2023 nömrəli qətnaməsi cavabdeh Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun və xx.xx.2020-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması hissəsində dəyişdirilməsi, cavabdehdən tutulan alimentin məbləği hər uşaq üçün 190 manat, cəmi 380 manat müəyyən edilməsi qət edilmişdir. O, iki azyaşlı övladı ilə birlikdə valideynlərinin himayəsində Qobu qəsəbəsində, Hərbi şəhərcikdə yaşayır. Tək başına övladlarının tələbatını ödəməkdə çətinlik çəkir. İki övladı üçün Borclu ona cəmi 380 manat məbləğində aliment ödəyir. 2025-ci il üçün bir uşağa görə minimum aliment məbləği 246 manat təşkil edir. O, da övladları üçün Borclu tutulacaq aliment pulunun 2025-ci il üçün müəyyən edilməsini istəyir. Buna görə də indeksasiya ərizəsini məhkəməyə ünvanlayır.Əlavə etmək istəyir ki, onunla cavabdeh arasında olan rəsmi nikah Abşeron Rayon Məhkəməsinin 2(012)-3851/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tələbkar məhkəmə iclasında izahatında qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməsini xahiş etmişdir. İki uşaqdır, bir uşaq üçün 190 manat olmaqla cəmi 380 manat məbləğində aliment tutulması qət edilmişdir.Cavabdeh evin tək oğludur, imkanı var, Lökbatan qəsəbəsində 4 otaqlı evləri var. Əlavə olaraq rayonda bağ evləri var. Qarşı tərəf mühafizəçi işləyir, özünü əziyyətə salmaq istəmir. O uşaqları ilə kirayədə yaşayır. Alimenti kəsirlə ödəyir. Özü tibb bacısı işləyir. Böyüməkdə olan iki uşağın maddi təminatını çatdıra bilmir. Əmək haqqı 500 manatdır, ondan 350 manat kirayə pulu və əlavə olaraq kommunal xərcləri tutulur. Həmçinin uşaqların xəstələnməsi, təhsil və yaxud əlavə xərcləri olduğu təqdirdə heç cür çatdıra bilmir. Borclu məhkəmə iclasında izahatından qeyd etdi ki, onun əmək haqqısı 400 manatdır. Məhkəmə qətnaməsi ilə iki uşaq üçün ondan 380 manat məbləğində aliment tutulması qət edilmişdir, alimentin tutulması isə onun əmək haqqına yönlədirilir, hər ay 250 manat alimentə görə tutulur. O, da istəyər ki, uşaqları üçün hər şeyin ən yaxşını eləsin, amma onun maddi imkanı buna yol vermir. Borclu elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, bildimişdir ki, hal hazırda onun alimentin azaldılması ilə bağlı iddia ərizəsi Abşeron rayon Məhkəməsində 2(012)-2772/2025 saylı iş üzrə xx.xx.2025-ci ildə qeydiyyata alınmış və baxılmaqdadır. İş məhkəmə baxışı mərhələsindədir. Cavabdeh onla apardığı prinsipial addıma uyğun olaraq sanki bu məhkəmədən xəbərsiz kimi alimetin indeksasiyası ilə bağlı ərizə vermiş və hal hazırda Sizin icraatınızda olmaqla baxılmaqdadır və xx.xx.2025-ci il tarixinə saat 12-05 ə baxış iclası təyin etmişdir. O, qanunvercilikdə bu halın necə baş verdiyini bilmir. Amma bilir ki, eyni iş üzrə məhkəmə prosesi gedirsə digər məhkəmə keçirilə bilməz. Odur ki, hal hazırda Tələbkar tərəfindən verilmiş ərizənin baxılması məhkəmədə dayandırılmalıdır. məlumat üçün məhkəməyə bildirirəm ki, 400 manat əmək haqqı alır və həmin indeksasiya ilə bağlı qərar qəbul olunarkən onun hüquqları da təmin edilməlidir. Ata oduq deyə canımıza qəsd edənlərə rəvac verməməliyik. Bu ağlasımaz iddialar bu oyunlar yalnız düşmən olan biri tərəfindən edilə bilərdi. O, müvafiq arayışları yəni əmək haqqı arayışlarını da hal hazırkı iş üzrə əlavə edir. Xahiş edir ki, gələcəkdə indeksasiya müəyyən edilərkən əmək haqqının 400 manat olması nəzərə alınması mütləqdir. Bununla bağlı Ali məhkəmənin də müvafiq qərarı vardır. İş materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1287/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun və xx.xx.2020-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunması,Borclu dövlət rüsumuna görə 72.80 (yetmiş iki manat səksən qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1153/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi,Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(012)-1287/2023 nömrəli qətnaməsi cavabdeh Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun və xx.xx.2020-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı Tələbkar xeyrinə tutulması hissəsində dəyişdirilməsi, cavabdehdən tutulan alimentin məbləği hər uşaq üçün 190 manat, cəmi 380 manat müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1153/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun və xx.xx.2020-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda ərizəçi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad edərək, xx.xx.2018-ci il təvəllüdlü X3 oğlu və xx.xx.2020-ci il təvəllüdlü X2 oğlu üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1153/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya olunnmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4- 2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). X1 görə “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarını əsas götürərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləki, xx.xx.2018-ci il təvəllüdlü X3 oğlu və xx.xx.2020-ci il təvəllüdlü X2 oğlu üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1153/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nəzərdə tutulmuş bir uşaq üçün 190 manat məbləğində alimentin miqdarının 2023-ci il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,55 mislini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda alimentin məbləğinin 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının-400 manat məbləğinin 0,55 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Beləliklə, məhkəmə 2025-ci il üzrə minimum aylıq əmək haqqının 400 manat olmasını nəzərə alınmaqla, xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun və xx.xx.2020-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1153/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X3 oğlunun və xx.xx.2020-ci il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar