Məhkəmə qərarları › İş №8(002)-204/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-204/2022

31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-204/2022 31.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsindən daxil olmuş borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimata Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Bağırov borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-108/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərardadı ilə “KAMAZ 55111” yük markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21033” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-108/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərardadı ilə, 2(067)-1042/2021 saylı 05.04.2021-ci il tarixli qətnamənin icrası ilə bağlı olaraq Borclu məxsus “KAMAZ 55111” yük markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21033” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Bağırovun təqdimatını və əlavə olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, təqdimat əsaslı hesab edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-108/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərardadı ilə borcluya məxsus “KAMAZ 55111” yük markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21033” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimatdan və ona əlavə olunmuş ödəniş qəbzlərinin surətlərindən görünür ki, məhkəmə qətnaməsi üzrə borc tam ödənilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci, Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-108/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “KAMAZ 55111” yük markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21033” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar