Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-207/2024 13.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar qızının, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-287/2024 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-287/2024 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 boşanmadan sonra anaları Tələbkar qızının yanında qalmalı; cavabdeh Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət olunan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar qızına ödənilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, həmin icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-287/2024 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 boşanmadan sonra anaları Tələbkar qızının yanında qalmalı; cavabdeh Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət olunan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar qızına ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən – Bakı şəhəri Qaradağ rayonu Ələt ərazi dairəsi Şıxlar qəsəbəsi ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsində nəzərdə tutulmuş qərar qəbul edilərək, Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bu səbəbdən, məhkəmədən Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Tələbkar qızı məhkəmə iclasında bildirdi ki, Borclu tərəfindən icra sənədi üzrə aliment borcunu ödəyir. Onun məcburi gətirilməsinə hər hansı zərurət yoxdur. Borclu məhkəmə iclasında bildirdi ki, onun tərəfindən icra sənədi üzrə aliment borcu ödənilir. Onun məcburi gətirilməsinə hər hansı zərurət yoxdur. İş üzrə icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tələbkarın və borclunun izahatlarını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-287/2024 saylı icra sənədindən görünür ki, tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 boşanmadan sonra anaları Tələbkar qızının yanında qalmalı; cavabdeh Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət olunan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar qızına ödənilməlidir. İş materiallarına əlavə olunmuş Qaradağ rayon İcra şöbəsinin 19 aprel 2024-cü il tarixli qərarından görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixdə icra məmurunun icraatına qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, e131897/2024-34-19-004 saylı bildirişinin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması xahiş edilmişdir. Təqdimata digər sənədlər əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə vurğulayır ki, təqdimata müvafiq bildirişin borcluya rəsmi şəkildə göndərilməsi, həmin bildirişin borcluya rəsmi şəkildə təqdim edilməsinə dair sübutlar təqdimata əlavə olunmamışdır. Bundan başqa və ən başlıcası, tələbkarın izahatından göründüyü kimi, borclu icra sənədini icra edir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-287/2024 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilə bilməz. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-287/2024 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-207/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-207/2024
13.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver