Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-208/2023 26.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, Tələbkar X1, İcra məmuru Bağırov Səbuhinin iştirakı ilə, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1957/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Bakı şəhər Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Bağırovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1957/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1957/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1500 manat borc tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunın icra sənədində göstərilən ünvan ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd olunan halları nəzərə alaraq təqdimatın təmin edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir. Tələbkar məhkəmə iclasında iştirak edərək borclunun ondan heyvan aldığını, pul qazandığını lakin onun haqqını vermədiyini, buna görə məhkəmə qətnaməsini qəbul edildiyini, borclunun icradan yayındığını, bircə dəfə aprel ayında 100 manat ödəniş etdiyini, bu vaxta qədər hərdən telefonlara cavab versə də borcun icrasını həyata keçirmədiyini bildirmişdir. İcra məmuru Səbuhi Bağırov məhkəmə iclasında iştirak edərək təqdimatı müdafiə etmiş və öz izahatında borclu ilə əlaqə saxladıqlarını, borclunun telefona cavab versə də icra şöbəsinə gəlməkdən müxtəlif bəhanələrlə yayındığını, borclu tərəfindən icra sənədi üzrə cəmi bir dəfə aprel ayında 100 manat ödəniş edildiyini, bundan başqa, borclunun iş yerinin olmadığını və mülkiyyətində istifadəsində hər hansı əmlakın aşkar edilmədiyini bildirərək məcburi gətirmə barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri, eləcə də iş üzrə e80068/2022-34-18-004 nömrəli İcra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1957/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 1500 manat pul vəsaiti cavabdeh Borclu iddiaçı X2 xeyrinə tutulması qeyd edilmişdir. Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Bağırov tərəfindən xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə borcluya bildiriş xx.xx.2022ci il tarixdə borcluya göndərilmişdir. Bundan başqa, borclunun əmlakı barədə elektron icra sistemində axtarış edilmiş, lakin borclunun mülkiyyətində və istifadəsində hər hansı əmlak aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı icra işinin materiallarından aydın olur ki, Borclu icra sənədi üzrə məlumatı olsa da, icra məmuru tərəfindən elektron sistem vasitəsilə “sms” bildirişlərin göndərilməsinə baxmayaraq icra məmurunun çağırışları üzrə icra yerinə gəlməmiş, habelə icra sənədi üzrə tələbin icrasını bu günə qədər tam yerinə yetirməmiş, məhkəmə qərarının icrası faktiki olaraq nəticəsiz qalmışdır. Göründüyü kimi, borclu şəxs icra məmurunun icra sənədinin icrası ilə bağlı çoxsaylı tədbirlərinə baxmayaraq icra məmurunun çağırışı ilə gəlməməyə davam edərək icra sənədinin icrasından yayınmış, gəlməməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı heç bir məlumat verməmiş, eyni zamanda məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə borclunun barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, borclunun rəsmi iş yeri və mülkiyyətində daşınar və daşınmaz əmlakı olmadığından müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1981-ci il tarixdə Şuşa şəhəri Xanlıqpəyə kəndində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 1 saylı yataqxanada yaşayan Borclu (FİN:xxxxxxx) Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə və Bakı şəhər Qaradağ rayonu İcra Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-208/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-208/2023
26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver