Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-218/2023 08.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-4062/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus çəkisi 4,8 qram olan 583 əyyarlı, 80 ABŞ dollar dəyərində olan 1 ədəd əzik boyunbağı, çəkisi 9,6 qram olan 150 ABŞ dolları dəyərində olan 2 ədəd üzük və çəkisi 5,6 qram olan 583 əyyarlı, 90 ABŞ dolları dəyərində olan 1 cüt sırğadan (1 qaşı yox) yox sırğa olan ibarət olan qızil zinət əşyalarının üzərinə həbs qoyulmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4062/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasen Borclu 2100.06 manat mablagində pul vəsaiti tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilati "Vijn Fond Azerkredit Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. lcra sənədi xx.xx.2023-cü il tarixde Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surati bildirişlə barabər icra sənədi üzrə Borclu icra sənədinde qeyd olunan ünvanina göndərilmişdi. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqinda qərar qəbul olunaraq, surəti bildirişle bərabər icra sənədi üzrə borclunun qeyd olunana ünvabnına göndərilmişdir. Borclu könüllü icra müddətinda icra sənədi üzre tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədile elektron sistem vasistesilə sorğular edilmişdir.Tələbkar Bank Olmayan Kredit Təşkilati "Vijn Fond Azərkredit' Məhdud Məsuliyyəti Cəmiyyəti 27 may 2023-cü il tarixli məktubla Qaradağ rayon icra şöbəsinə müraciət edərək Borclu məxsus çəkisi 4,8 qram olan 583 əyyarlı, 80 ABŞ dollar dəyərində olan 1 ədəd əzik boyunbağı, çəkisi 9,6 qram olan 150 ABŞ dolları dəyərində olan 2 ədəd üzük və çəkisi 5,6 qram olan 583 əyyarlı, 90 ABŞ dolları dəyərində olan 1 cüt sırğa (1 qaşı yox)olan qızil zinət əşyaları kreditin təminatı olarag girov müqavilasinə əsasen BOKT"xxxx" ASC-nin saxlancında saxlanıldiğı bildirilmişdir. Həmçinin BOKT "xxxx" MMC Qaradağ Rayon Məhkəməsinin 2(002)-4062/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus və BOKT "Azkredit' ASC-nin saxlancında saxlanılan qızılzinyət əşyalarının üzerine həbs qoyulmasını xahiş etmişdir.. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki,Qaradağ Rayon Məhkəməsinin 2(002)-4062/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu 2100,06 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank Olmayan Kredit Təşkilati "Vijn Fond Azərkredit' Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Təqdimata əlavə edilmiş tələbkar Bank Olmayan Kredit Təşkilati "Vijn Fond Azərkredit' Məhdud Məsuliyyəti Cəmiyyətinin Qaradağ rayon icra şöbəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki , tələbkar Borclu məxsus çəkisi 4,8 qram olan 583 əyyarlı, 80 ABŞ dollar dəyərində olan 1 ədəd əzik boyunbağı, çəkisi 9,6 qram olan 150 ABŞ dolları dəyərində olan 2 ədəd üzük və çəkisi 5,6 qram olan 583 əyyarlı, 90 ABŞ dolları dəyərində olan 1 cüt sırğa (1 qaşı yox) olan qızil zinət əşyaları kreditin təminatı olarag girov müqavilasinə əsasen BOKT"xxxx" ASC-nin saxlancında saxlanıldiğını bildirərək, onların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2013-cü il tarixli qızıl-zinyət əşyalarının götürülməsi haqqında aktdan görünür ki, Borclu məxsus çəkisi 4,8 qram olan 583 əyyarlı, 80 ABŞ dollar dəyərində olan 1 ədəd əzik boyunbağı, çəkisi 9,6 qram olan 150 ABŞ dolları dəyərində olan 2 ədəd üzük və çəkisi 5,6 qram olan 583 əyyarlı, 90 ABŞ dolları dəyərində olan 1 cüt sırğa (1 qaşı yox) olan qızil zinət əşyaları kredit müqaviləsi üzrə borc ödənilənədək BOKT "xxxx" ASC-nin saxlancında saxlanılacqdır. Qeyd olunan icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq icra tədbirləri həyata keçirməlidir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus çəkisi 4,8 qram olan 583 əyyarlı, 80 ABŞ dollar dəyərində olan 1 ədəd əzik boyunbağı, çəkisi 9,6 qram olan 150 ABŞ dolları dəyərində olan 2 ədəd üzük və çəkisi 5,6 qram olan 583 əyyarlı, 90 ABŞ dolları dəyərində olan 1 cüt sırğa (1 qaşı yox) olan qızil zinət əşyalarının üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus çəkisi 4,8 qram olan 583 əyyarlı, 80 ABŞ dollar dəyərində olan 1 ədəd əzik boyunbağı, çəkisi 9,6 qram olan 150 ABŞ dolları dəyərində olan 2 ədəd üzük və çəkisi 5,6 qram olan 583 əyyarlı, 90 ABŞ dolları dəyərində olan 1 cüt sırğadan (1 qaşı yox) ibarət olan qızil zinət əşyalarının üzərinə həbs qoyulsun. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №8(002)-218/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-218/2023
08.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver