Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-219/2024 27.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-4409/2019 saylı qərardadına əsasən Borclu əmlakı (avtomobili) üzərinə qoyulmuş həbsin götürülməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Asif Allahverdiyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Asif Allahverdiyevin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan “VAZ 21060” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olumasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4409/19 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən X1 və Borclu müştərək qaydada 405.40 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi icraata xx.xx.2020-ci il tarixdə daxil olmuş,icraata başlamaq haqqında qərar qəbul edilərək,tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Qeyd olunan icra sənədi üzrə başlanılmış icraat üzrə ötən dövrdə əmlak vəziyyəti yoxlanılmış və Borclu məxsus olan “VAZ 21060” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən olunmuşdur. Məcburi icra tədbirlərinin davam etdirilməsi məqsədi ilə verilmiş təqdimat əsasında Qaradağ rayon məhkəməsinin 8(002)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu “VAZ 21060” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. "xxxx" Sığorta Şirkəti ASC-dən daxil olmuş məktuba əsasən hazırda icrası təmin edilməyən və ödənilməyən heç bir vəsait yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədinin icraatına xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Borclu məhkəmə iclasında icra sənədi üzrə borcu tam ödədiyini bildirərək, təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq, borclunun ifadəsini dinləyərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 8(002)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “VAZ 21060” minik markalı, **-EH-*** dövlət nömrə nişanlı avtomobilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli 12385 saylı və xx.xx.2024-cü il tarixli 31790 saylı qəbzlərdən görünür ki, Borclu tərəfindən 206 manat və 200 manat olmaqla cəmi 406 manat məbləğində pul ödənilmişdir. Təqdimata əlavə edilmiş "xxxx" Sığorta Şirkəti ASC-nin Qaradağ rayon icra şöbəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, tələbkar-"xxxx" Sığorta Şirkəti ASC Abşeron Rayon Məhkəməsinin 2(012)-4409/2019 saylı xx.xx.2019cu il tarixli icra sənədi üzrə borcun tam ödənildiyi üçün icraata xitam verilməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixlıi icraata xitam verilməsinə dair qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4409/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə tələb borclu tərəfindən tam ödənildiyindən xitam verilməsi qərara alınmışdır. İcra haqqında Azərbaycan Respublikasının qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icraata xitam verilir. İcra şöbəsinin icra sənədinin tam icra olunduğuna görə icraata xitam veriləsi qərarını və tələbkarın icraata xitam verilməsinə dair ərizəsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Qaradağ Rayon Məhkəməsinin 8(002)-61/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən “VAZ 21060” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu adına qeydiyyatda olan “VAZ 21060” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv olunsun. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №8(002)-219/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-219/2024
27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver