Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-224/2024 02.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Bakı şəhər Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən Borclu Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən Borclu 1685 manat borc və 34.78 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd olunan halları nəzərə alaraq təqdimatın təmin edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, borclunun ona 1685 manat borcu var. O, həmin bordan cəmi 50 manat ödəniş edib, həmin məbləğdən başqa ödəniş etməyib. Tələbkar tərəf təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata icra məmuru və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən cavabdeh X2 1682 manat məbləğində pul və 34.78 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Cəbrayıl rayon şöbəsinin icra məmuru Rövşən Əliyev tərəfindən xx.xx.2024-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildirişi xx.xx.2024-ci il tarixdə borcluya göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı icra işinin materiallarından aydın olur ki, Borclu icra sənədi üzrə məlumatı olsa da icra məmurunun çağırışları üzrə icra yerinə gəlməmiş, habelə icra sənədi üzrə tələbin icrasını bu günə qədər tam yerinə yetirməmiş, məhkəmə qərarının icrası faktiki olaraq nəticəsiz qalmışdır. Göründüyü kimi, borclu şəxs icra məmurunun icra sənədinin icrası ilə bağlı çoxsaylı tədbirlərinə baxmayaraq icra məmurunun çağırışı ilə gəlməməyə davam edərək icra sənədinin icrasından yayınmış, gəlməməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı heç bir məlumat verməmiş, eyni zamanda məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə borclunun barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, borclunun rəsmi iş yeri və mülkiyyətində daşınar və daşınmaz əmlakı olmadığından müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1979-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Borclu (FİN: xxxxxxx) Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə və Bakı şəhər Qaradağ rayonu İcra Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-224/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-224/2024
02.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver