Məhkəmə qərarları › İş №8(002)-227/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-227/2023

14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-227/2023 14.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-71/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-71/2023 saylı qətnaməsinin icra üsulunu dəyişdirərək, hissə-hissə aylıq 200 azn ödənişlə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-71/2023 saylı qətnaməsi ilə Tələbkar ona X4 qarşı qaldırdığı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia təmin olunaraq 5510 manat 37 qəpik maddi ziyan kəsilmişdir. Qətnaməyə əsasən tutulacaq pul tələbini birdəfəlik ödəməyə imkanı yoxdur. Adında heç bir mülk (ev, maşın və sair yoxdur). Rəsmi iş yeri yoxdur, iş düşdükcə fərdi qaydada işləyir. Ailədə öhdəsində yetkinlik yaşına çatmayan uşaq və həyat yoldaşı var. İcrada digər ödənişləri vardır. Tələb olunan məbləği o hissə-hissə ayda 200 manat olmaqla ödəyə bilər. Borclu, icra məmuru və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və məhkəmənin sorğusu əsasında təqdim edilmiş e132954/2023-34-6-004 nömrəli İcra İşinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-71/2023 saylı qətnaməsi ilə, iddia tələbi qismən təmin edilməsi, cavabdeh X2 ümumilikdə 5337 manat pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə araşdırması zamanı, müvafiq icra işinin materiallarına əlavə edilmiş izahatlarla müəyyən olunmuşdur ki, borclu qətnamənin hissə-hissə icra olunmasına dair tələbini müvafiq məhkəmə qətnaməsi ilə qət edilmiş məbləği birdəfəlik ödəmək iqtidarında olmaması, hər ay 200 manat olmaqla ödəmək imkanının olması, başqa icra ödənişlərinin olması kimi hallarla əlaqələndirsə də, istinad etdiyi həmin hallara hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, başqa icra ödənişlərinin olması ərizənin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Bununla da, məhkəmə tərəfindən borclu tərəfindən müvafiq qətnamənin icrasına çətinlik törədən və ya borclu üçün yaranmış əlverişsiz halların olmasına, başqa sözlə qətnamənin hissə-hissə icra olunmasına əsas verən müstəsna halın olmasını, habelə bununla bağlı tələbkarın razılığının olmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, tələbkarın mənafeyi nəzərə alınmaqla borclu tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd olunan normaları əsas tutaraq, habelə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alaraq, habelə qətnamənin hissə-hissə icra edilməsi üçün müstəsna halın olubolmamasının müəyyən edilməsinin mümkün olmamasını əsas götürərək, hesab edir ki, X1nun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(002)-71/2023 saylı qətnamənin hissə-hissə icra edilməsi barədə X1 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar