Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-229/2025 20.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022-021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 103/2022-021 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə mənzilinin qeyri qanunsuz sökdüyü üçün icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərardadın çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə təqribən 11 radələrində Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə mərhum anasına ayrılan torpaq sahəsinə yerləşən fərdi yaşayış evi sökülmüşdür. Bu məsələnin hardan qaynağlanmağı barədə məlumat aldıqda ona bəlli olmuşdur ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 103/2022-021 saylı mülki iş olmuş və həmin iş üzrə o tərəf olsa da tikili ona məxsus olmamışdır. Qaradağ Rayon Məhkəməsi Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022- 021 saylı mülki iş üzrə icra vərəqəsi göndərmiş və icra məmuru həmin fərdi yaşayış evinin kimə məxsus olmasını aydınlaşdırmadan onun mülkünə ziyan vurmaqla mərhum anasına məxsus olan tikilini sökməklə mülkiyyət hüququnu pozmuş və bu da bir sıra ailə daxili problemlərin yaranmasına çıxarmışdır. Bu əsasla məhkəməyə müraciət edir və ona məxsus olmayan fərdi yaşayış evimin söküntüsü ilə əlaqədar olaraq məmurun hərəkətinin qanunsuz hesab edilməsi və qanuna müvafiq olaraq barəsində xüsusi qərardadın çıxarılmasını istərdi. Bildirmək istərdi ki, dəfələrlə icra vərəqəsi əsasında görülən işlə əlaqədar çıxarılan qərarı icraçıdan istəsə də hətta qərarı ona təqdim etməkdən imtina etmiş və anası tərəfindən təqdim olunan qərar əsasında şikayət edir və məhkəmədən müddətin keçməsini üzürlü hüsab edilməklə şikayətə baxmasını xahiş edir. İcra məmuru söküntünü sökmədən öncə mənzilin kimə məxsus olmasını müəyyən etməli və o həmin mülki iş üzrə mülkiyyətçi olmadığı halda belə bir özbaşınalığın edilməsi mülkiyyət hüququna ziddir. Borclu məhkəmə iclasında iştirak edərək ərizəni müdafiə etmiş, öz izahatında evin anasına aid olduğunu, həyətə qonşusu olan Asudənin pəncərə və pilləkən qoydurduğunu, icra məmurunun evi söküb, əşyaları çölə atdığını, anası və özünü sürüyərək çölə çıxardığını bildirmişdir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni, icra işini və icra icraatının bağlı olduğu mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. “İcra haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.4-cü maddəsinə əsasən, icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. 88-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)- 103/2022 saylı qətnaməsinə əsasən, ünvan 1 ünvanda inşa edilmiş tikili iddiaçı X2 məxsus yaşayış evi ilə 1.2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdeh Borclu hesabına sökülməsi, iddiaçı X2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılması, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2520 manat cavabdeh Borclu iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 7034/2022 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsini 2(002)-103/2022 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(002)-2068/2023 saylı qərarına əsasən, cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bununla da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmurunun söküntü ilə əlaqədar hərəkətləri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 103/2022-021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və ona verilən şikayətlərə əsasən qəbul edilmiş yuxarı instansiya məhkəmələrinin qərarları üzrə verilmiş icra vərəqinin icrası istiqamətində həyata keçirilmiş, icra məmurunun hər-hansı qeyri-qanuni hərəkətləri müəyyən edilməmişdir. Borclunun əsas dəlili bundan ibarətdir ki, yaşadığı evin müllkiyyətçisi onun anasıdır, belə olan halda o, icra sənədi üzrə borclu olmamalı idi. Məhkəmə bununla bağlı qeyd edir ki, hər üç instansiya məhkəmələrində Borclu mülki iş üzrə cavabdeh olmuşdur, bundan əlavə, mülkiyyətçinin fərqli olması məsələsi məhkəmə nəzarəti qaydasında icraatın predmeti deyildir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, icra məmurunun icra sənədinin icrası ilə əladar qanunsuz hərəkətlərinə dair sübutlar təqdim edilmədiyindən və xüsusi qərarın əqbul edilməsi ilə bağlı qanunvericilikdə göstərilən əsaslar olmadığından Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022-021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərardad çıxarılması barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022-021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərardad çıxarılması barədə Borclu tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-229/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-229/2025
20.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver