Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-23/2025 27.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 8(002)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu əmlakı (avtomobili) üzərinə qoyulmuş həbsin götürülməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orx avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olumasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-1195/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 7756.41 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "KİA PRİDE minik" markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21074 minik" markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır.İcra sənədinin icra olunması məqsədilə Borclu məxsus olan "KİA PRİDE minik" markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21074 minik" markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət olunmuş və Qaradağ rayon məhkəməsinin 8(002)- 298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin əmlaklın üzərinə həbs qoyulmuşdur.Tələbkar xx.xx.2025-ci il tarixli məktubuna əsasən icra sənədi üzrə göstərilən borc tam şəkildə ödənildiyi üçün icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir.Göstərilənlərə əsasən Borclu məxsus olan "KİA PRİDE minik" markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21074 minik" markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmağınız xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq, borclunun ifadəsini dinləyərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-1195/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 7756.41 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 8(002)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan "KİA PRİDE minik" markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21074 minik" markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Tələbkar ərizəsindən görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1195/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borc Borclu tərəfindən tam ödənilmişdir. Təqdimata əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi barədə qərarından görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1195/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borc Borclu tərəfindən tam ödənildiyindən icraata xitam verilmişdir. İcra haqqında Azərbaycan Respublikasının qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icraata xitam verilir. Məhkəmə hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin 8(002)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən "KİA PRİDE minik" markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21074 minik" markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu adına qeydiyyatda olan "KİA PRİDE minik" markalı, **- FY-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21074 minik" markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs ləğv olunsun. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-23/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-23/2025
27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver