Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-238/2024 04.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2531/2022-005 nömrəli, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən Borclu adına olan “VAZ-2103” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlü təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2531/2022- 005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin təmini məqsədilə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2531/2022-005 nömrəli, xx.xx.2022-ci il qərardadı ilə Borclu məxsus “VAZ-2103” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2531/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2142.01 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-in xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Məcburi icra tədbirlərinin davam etdirilməsi məqsədilə ilə tərəfindən verilmiş təqdimat əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2531/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi ilə Borclu məxsus olan “VAZ-2103” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Göstərilənləri nəzərə alınaraq avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə qanunvericiliyin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2531/2022-005 nömrəli, xx.xx.2022ci tarixli icra vərəqəsinə əsasən Borclu 2142.01 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-in xeyrinə ödənilməsi müəyyən edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra haqqında qanunvericiliyin təhlilindən görünür ki, borclu tərəfindən icra sənədi tam icra olunduqda icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul edir və xitam verilmiş icra icraatı üzrə görülmüş icra tədbirlərini ləğv edir. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, müvafiq icra sənədi üzrə borc tamamilə ödənilmişdir və icra haqqında qanunvericiliyin tələbinə əsasən görülmüş icra tədbirləri ləğv edilməlidir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq, icra qanunvericiliyinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülik Prosessual Məcəllənin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2531/2022-005 nömrəli, xx.xx.2022ci il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ-2103” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21074” markalı **-NZ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə və Bakı şəhəri Qaradağ Rayonu İcra Şöbəsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-238/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-238/2024
04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver