Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-241/2023 28.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, X1, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6 iştirakı ilə, X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 97/2022 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-97/2022 saylı icra sənədinə əsasən X3ndan 1.668 manat maddi zərərin əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu Tələbkar xeyrinə, 100 manat ekspertiza xərci X3ndan Dövlət nəfinə tutulmalıdır. X3 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-97/2022 saylı qətnaməsi ilə ondan 1.698 manat pul vəsaitinin Tələbkar xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadə tərəfindən xx.xx.2022-ci il tarixdə icra icraatına başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin vaxt o, Türkiyə Cumhuriyyətində xəstə valideynlərinin (anasının və ögey atasının) yanında olmuşdur. Ağır yataq xəstəsi olan atasına baxmaq üçün 3 ay orada qalmağa məcbur olmuşdur. 2022-ci ilin dekabr ayında Bakı şəhərinə qayıtmışdır. Daha sonra anasını da itirmişdir. Anasının yas mərasiminə başı qarışıq olduğu üçün icra işindən xəbəri olmamışdır. Həmin vaxt iş yeri də olmamışdır. O, uşaqlıqdan bu günə kimi çox əziyyət çəkmişdir. Uşaqlıqdan internat evində böyümüşdür. 9-cu sinfə kimi oxumuşdur, sonra isə əsgərliyə getmişdir. Hal-hazırda işsizdir. Günəmuzd işlərdə işləyir. Günlük qazancı kirayəsinə, qidalanmasına ancaq çatır. Qeyd olunan qətnamə ilə müəyyən olunan borcdan başqa onun Kontakt-Home-a 180 manat, «Kapitalbanka» «Birbank» kartı üzrə 700 manat, tanışlara isə 1.300 manat borcu var. O, bütün bunları ödəməkdə çətinlik çəkir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-97/2022 saylı qətnaməsini hissə-hissə ödəyə bilər (hər ay 50-60 manat). Həmin qətnamə ilə müəyyən olunmuş məbləği tam həcmdə ödəməyə qadir deyil. Bu ondan asılı olmayan obyektiv səbəblərlə bağlıdır. Çünki, daimi iş yeri, daimi qazancı və əmlakı yoxdur. X3 məhkəmə iclasında ərizəni müdafiə edərək, əlavə olaraq bildirdi ki, məhkəməyə ərizə təqdim edərkən qətnamənin hər ay 50-60 manat olmaqla hissə-hissə ödənilməsini ərizənin xahiş hissəsində qeyd etməmişdir. Bu səbəbdən, məhkəməyə əlavə ərizə təqdim edərək, təmin edilməsini xahiş etdi. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X8 məhkəmə iclasında ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verilməsinə baxmayaraq, tələbkar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd olunan prosessual hüquq normasının tələbini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilə bilməz. Çünki, borclu ondan tutulmalı olan borcu hissə-hissə ödəməkdə maraqlı olmasını sübut etməmiş, uzun müddət ərzində borcun hər hansı bir hissəsini ödəməmişdir. Digər tərəfdən, hər ay 50-60 manat ödəməklə icra sənədinin icra edilməsi tələbkarın maraqlarına ziddir. Belə ki, hər ay 50-60 manat ödənilmək şərti ilə icra sənədi icra edilərsə, icra sənədinin icrası kifayət qədər uzun dövrü əhatə etmiş, ödəniləcək məbləğ isə həmin dövrdə təbii olaraq baş verən inflyasiya nəticəsində əhəmiyyətli şəkildə dəyər itirmiş olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-97/2022 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-241/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-241/2023
28.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver