Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-245/2024 04.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-769/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus daşınar əmlakın üzərinə həbs qoyulmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru Rəsul Mirzəpurun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Qaradağ rayon İcra şöbəsinin icra məmuru Rəsul Mirzəpur borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Qanunun 50.2-ci maddələrinin tələblərini rəhbər tutuaraq icra sənədi üzrə borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat bununla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-769/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərarına əsasən Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 800 manat, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 600 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “BMW 523 minik” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasında təmsil olunmamış və məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən tətbiq edilən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydasının və şərtlərinin təsdiq edilməsi” barədə 06 sentyabr 2002-ci il tarixli 143№-li Qərarın 1-ci bəndinə əsasən üzərinə həbs qoyulmuş əmlak saxlanması üçün borclunun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcı) təhvil verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı icra məmurunun razılığı ilə həmin əmlakdan istifadə edə bilər. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya onun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən məhdudiyyətlər qoyula bilər. Saxlayıcının bu əmlakı üçüncü şəxslərə verə bilmək imkanı icra məmuru tərəfindən məhdudlaşdırılır. Belə məhdudiyyətlərə əməl olunmaması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin Qərarın 3-cü bəndinə üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən borcluya məxsus qeydiyyata alınmalı olan bütün daşınmaz və daşınar əmlakın mülkiyyət, o cümlədən torpaqdan istifadə və ya icarə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər icra məmuru tərəfindən götürülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-769/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinin məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 800 manat, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 600 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Göstərilən icra sənədi icra olunması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru R.Mirzəpur tərəfindən xx.xx.2024-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildirişi xx.xx.2024-ci il tarixdə borcluya təqdim edilmişdir. Qeyd edilən icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-769/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən məcburi icrasını təmin etmək məqsədilə Borclunın adına olan, “BMW 523 minik” markalı **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin icra sənədində göstərilən borc həddində üzərinə həbs qoyulması haqqında icra məmuru təqdimat vermişdir. İcra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək üçün müvafiq addımlar atılmış, elektron icra sistemi vasitəsilə müvafiq sorğular həyata keçirilmiş, borclunun adına daşınmaz əmlak aşkar edilərək “İcra haqqında Qanun”nun 43-cü maddəsində göstərilən ardıcıllığa əməl edilməklə həmin daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimat verilmişdir. Bununla yanaşı, borclunun səlahiyyətli nümayəndəsi özü təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyət tələbkarın haqlı narazılığına səbəb olmaqla, məhkəmə aktının faktiki olaraq icrasız qalması ilə nəticələnir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə bildirmişdir ki, razılığa gələn dövlətlərin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin zərərinə icrasız qalmasına yol verərsə, məhkəməyə müraciət hüququ xəyali hüquq olaraq qalar. İstənilən məhkəmə tərəfindən qəbul edilmiş qərarın icrası 6-cı maddənin məqsədləri baxımından «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Məhkəmə qeyd edilən halları, habelə icra sənədi üzrə qalıq borc məbləğinin tətbiq edilməli olan məcburi icra tədbirinə mütənasibliyini müqayisə edərək, borc məbləğinin yüksək olmasını, borcun yaranması səbəblərini, icra sənədi üzrə borclu şəxs tərəfindən borc məbləğindən uzun müddət keçməsinə baxmayaraq heç bir ödənişin edilməməsi halını nəzərə alaraq, tələbkarın mənafeyinin əhəmiyyətli dərəcədə pozulması halının müəyyən edildiyini və borclunun öz razılığını da əsas götürərək hesab edir ki, Borclu mülkiyyətində olan daşınar əmlakının üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu şəxs Borclu məxsus olan “BMW 523” minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 21658337, Ban nömrəsi WBADD41080BT50358, Banın tipi SEDAN olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Qaradağ rayonu İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №8(002)-245/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-245/2024
04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver