Məhkəmə qərarları › İş №8(002)-251/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-251/2023

30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-251/2023 30.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, Borclu, Tələbkar iştirakı ilə, Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1540/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1540/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Borclu 3000 manat məbləğində borc pul və 50 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1540/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası mərhələsində Borclu ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı vaxta maddi vəziyyəti çox ağır olduğundan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun tərəfindən birdəfəlik ödənilməsi mümkün olmadığınından qətnamənin icrasını dəyişdirilərək borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında ərizəni müdafiə edərək qəza törətdiyini və maşına görə əlavə pul ödəməli olduğunu, borcu olan 3000 manat və 50 manat dövlət rüsumunun əvəzindən iddiaçıya heç bir ödəniş etmədiyini bildirərək, qətnamənin hiss-hissə icra edilməsini məhkəmədən xahiş etdi. Tələbkar məhkəmə iclasında yazılı izaha verərək ərizəni qəbul etdiyini, borclu ilə tanış olduqlarından onun maddi vəziyyətini başa düşdüyünü, hər ay 300 manat ödəniş etməklə borcun 10 ay ərzində ödənilməsini qəbul etdiyini bildirərək qətnamənin hissə-hissə icra edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə izahatı dinləyib ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən habelə tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, borcludan tutulması qət edilmiş 3000 manat borc məbləğinin qalıq hissəsinin borclu tərəfindən hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsi ağlabatan və ədalətli hesab olunmaqla təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında Qərarının 12-ci bəndinə əsasən, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1450/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə Borclu ödəməli olduğu pulun qalan hissəsi (3050 manat) 10 ay ərzində, 2023-cü ilin sentyabr ayında 350 manat, 2023-cü ilin oktyabr, noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında, hər ay 300 manat ödənilməklə hissə-hissə icra edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar