Məhkəmə qərarları › İş №8(002)-252/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-252/2025

26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-252/2025 26.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-2571/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması üçün Tələbkar ərizəsinə Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Tələbkar X1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2571/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla 23 iyun 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2571/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Eminova lihamə Qabil qızı ilə Borclu arasında 27 iyul 2013-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 723 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulması , 23 iyun 2014-cü ildə doğulmuş X3 anası Əmirova ilhamə Qabil qızının himayəsində saxlanılması və Borclu 22 iyun 2018-ci il başlayaraq 23 iyun 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qaradağ rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın təlabatını ödəməsinə yetmirdi. Uşaq məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşağın bütün ehtiyacları mənim üzərimdədir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir.Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda bir uşağın yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Cavabdehin ödədiyi alimentin məbləği yaşayış minumuna uyğun deyildir. Odur ki, alimentin hazırkı yaşayış minumuna uyğun olaraq 246 manat məbləğində ödənilməsi üçün məhkəməyə müraciət edir. Tələbkar məhkəmə iclasında izahatında ərizənin təmin edilməsini xahiş etdi. İş materiallarından olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2571/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Eminova lihamə Qabil qızı ilə Borclu arasında 27 iyul 2013-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 723 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulması , 23 iyun 2014-cü il təvəllüdlü X3 anası Əmirova ilhamə Qabil qızının himayəsində saxlanılması və Borclu 22 iyun 2018-ci il başlayaraq 23 iyun 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2571/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 23 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda ərizəçi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad edərək, 23 iyun 2014-cü il təvəllüdlü X3 üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-2571/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla indeksasiya olunnmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir.Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4- 2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). X4 görə “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Azərbaycan Respublikasında 2025-cü il üçün minimumu əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaq üçün alimentin tutulmasına dair qətnamənin tarixindən uzun müddət keçdiyini və ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığını (alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alaraq) nəzərə alaraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarını əsas götürərək, həmçinin ərizəsinin 0,62 misli həddində artımın istəməsini nəzərə alraq hesab edir ki, ərizə təmin edilməlidir. Beləki, 23 iyun 2014-cü il təvəllüdlü X3 üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-2571/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə tutulmuş 154 manat məbləğində alimentin miqdarının 2018-ci il üzrə müəyyən edilmiş 130 manat məbləğində minimum əmək haqqının 1,18 mislini təşkil edir. Lakin məhkəmə hazırda ölkə üzrə uşaq üçün yaşayış mimimum 246 manat olmasını və eyni zamanda ölkə üzrə minimum əmək haqqının 400 manat olmasını nəzərə alaraq həmin məbləğin yuvarlaq olaraq 0,62 misli götürülməklə hesab edir ki, alimentin məbləği 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının-400 manat məbləğinin 0,62 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1 -ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasmı həyata keçirə bilər. Beləliklə, məhkəmə 2025-ci il üzrə minimum aylıq əmək haqqının 400 manat olmasını nəzərə alınmaqla, 23 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən (məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-2571/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 23 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar