Məhkəmə qərarları › İş №8(002)-253/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-253/2025

22.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-253/2025 22.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-147/2025 saylı, 01 aprel 2025-ci il tarixli qərardadı üzrə xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(00)-3107/2019 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 14 mart 2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Qaradağ rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsini xahiş etmişdir. Təqdimata görə, icra sənədi icra məmurunun icraatına xx.xx.2025-ci il tarixdə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Müvafiq qərar xx.xx.2025-ci il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bu səbəbdən o, təqdimatla məhkəməyə müraciət edərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, icra məmuru tərəfindən borcluya müvafiq qərar və bildiriş göndərilmiş, lakin o, icra şöbəsinə gəlməmiş və icra sənədini icra etməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan Kərimov X2 rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar