Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-256/2024 17.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə Laçın Rayon Məhkəməsinin 2(047)-900/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə icrasının məqsədi ilə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Asif Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, borclu X1 icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1624/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 115.6 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədiüzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmişvə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır.Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir.“İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul etməyiniz Sizdən xahiş olunur. İşdə iştirak edən tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir Tələbkar elektron kabinet vasitəsi ilə ərizə göndərərək,məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin olunmasını xahiş etmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli icraata başlanmaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1624/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə icraata başlanılmışdır. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra tələbinin könüllü icrası barədə bildirişdən də görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1624/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və icra tələbinin könüllü icrası barədə bildirişi borclunun ünvanına göndərilmişdir. Təqdimata əlavə olunmuş Qaradağ rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsinə dair qərarı da borclunun ünvanına göndərilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs müvafiq icra sənədi üzrə məlumatı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə Borclu barəsində icra məmuru tərəfindən müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra hərəkətləri həyata keçirilsə də, müvafiq icra sənədi üzrə tələbin icrasının təmin edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı şəxsin icra məmurunun çağırışlarından yayınmasının üzrlü səbəbdən baş verməsi halını da müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, təqdimat əsaslı olmaqla, təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1624/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin icrası məqsədi ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanına qeydiyyatda olan Borclu Bakı şəhər Qaradağ rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №8(002)-256/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-256/2024
17.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver