Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-256/2025 26.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə , Qaradağ rayon icra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi haqqında tələbkar “Bank Respublika ASCnin nümayəndəsi tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ASC məhkəməyə şikayət təqdim edərək, Qaradağ Rayon İcra şöbəsinin icra məmuru Səbuhi Bağırovun xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 3080/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinin icra olunması üçün yenidən Qaradağ Rayon İcra şöbəsinə qaytarılması barədə qərardad xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 3080//2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 3440,74 manat məbləğində kredit və 54,41 manat ödənilmiş dövlət rüsumu pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.Qaradağ rayon Məhkəməsinin 2(002)-3080//2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi icra edilməsi üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Bir müddət əvvəl qeyd olunan şöbə ilə əlaqə saxlanılaraq icra sənədinin icra vəziyyəti sorğulanan zaman şöbədən bildirilmişdir ki, icra məmuru Səbuhi Bağırovun xx.xx.2024-cü il tarixli qərarı ilə həmin icra sənədi icra edilmədən Qaradağ rayon Məhkəməsinə qaytarılmışdır.Məlumat üçün onuda qeyd edirik ki, icra məmuru Səbbuhi Bağırovun "icra sənədinin qaytarılması haqqında" xx.xx.2024-cü il tarixli qərarı "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun 23.2 və 23.7-ci maddələrinin tələblərinə zidd olaraq tələbkar "xxxx" ASC-na göndərilməmiş, eyni zamanda bu barədə heç bir məlumat verilməmişdir.Edilmiş rəsmi müraciətə əsasən Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Bağırovun xx.xx.2024-cü il tarixli qərarının surəti xx.xx.2025-ci il tarixdə tələbkar "xxxx" ASC-nə təqdim edilmişdir. Hesab edirik ki, icra məmuru Səbuhi Bağırovun "icra sənədinin qaytarılması haqqında" xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və Qaradağ rayon Məhkəməsinin 2(002)-3080//2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi icra olunması üçün yenidən Qaradağ rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, icra vərəqəsinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2024-cü il tarixli qərar qəbul etməsinin səbəbi kimi borcluya (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin olmaması göstərilmişdir.Lakin icra məmuru borclu (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və ya onun gəlirlərinin olub-olmamasını müfəssəl yoxlamamış, o cümlədən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirləri görməmişdir. Bundan əlavə icra məmuru Səbuhi Bağırov bu haqda müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmaqla bu barədə tələbkara məlumat verilməli olduğu halda, o bunları da, etmədən səthi formada əsassız olaraq qeyd olunan qərarı qəbul etmişdir.Eyni zamanda icra məmuru nəzərə almamışdır ki, "lcra Haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən borclu verilmiş könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə onun barəsində müxtəlif növ məcburi icra tədbirlərinin görülməsi nəzərdə tutulur.Belə ki, "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində borclu barəsində tətbiq oluna biləcək əmlak xarakterli məcburi icra tədbirləri sadalanmış, eyni zamanda həmin Qanunun 43.1.5-ci maddəsində isə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərin də, tətbiq edilməsi nəzərdə tutulmuşdur.Borclunun banklarda və ya kredit təşkilatlarında pul vəsaitinin və başqa sərvətlərinin, qiymətli kağızlarının olub-olmaması müvafiq bank və ya digər təkilatlardan icra məmuru tərəfindən sorğulanmalı olduğu təqdirdə icra məmuru Səbuhi Bağrov bu icra tətbirlərini də, tətbiq etməmişdir. Bundan əlavə borclunun birgə nikah dövründə əldə olunmuş tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlakının, qızıl-zinət və ya ev əşyalarının, təsis paylarının, o cümlədən onun üçüncü şəxslərdə əmlakının mövcud olub-olmaması yoxlanılmamışdır. Eyni zamanda icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borelunun Azərbaycan Respublikasının qanunvericiliyi il nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protok tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya ic üçün yeni müddət təyin edilir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər ü ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla),xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir (İHQ maddə 82). Bundan başqa icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfi üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmur əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər(maddə 84-1). Göründüyü kimi "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununda icra sər icrası üçün xeyli sayda və növdə məcburu icra tədbirləri tətbiq edilməli olduğu halda icraməmuru Səbuhi Bağırov bu icra tətbirlərinin heç birini tətbiq etmədən qanunsuz və əsassız olaraq xx.xx.2024-cü il tarixli qərar qəbul edərək icra vərəqsini icra olunmadan məhkəməyə qaytarmışdır. Tələbkar ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında qeyd etdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3080/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi üzrə icra sənədi icra məmuru Səbuhi Bağırovun icraatında iki ildən çox olmasına baxmayaraq icra məmuru tərəfindən borclu barəsində heç bir məcburetmə tədbirləri görülməmiş və yaxud görülsə də, tələbkar tərəfi olaraq banka bu barədə heç bir məlumat verilməmişdir. Hətta icra sənədinin geri qaytarılması haqqında qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarından də məlumatsız olduğu halda yalnız icra şöbəsinə icra sənədinin icra vəziyyəti barəsində sorğu verilməsi əsasında məlumatlı olmuşdular. İcra məmuru ancaq borclunun mülkiyyətində hər hansı daşınar və yaxud daşınmaz əmlakının olub olmamasını sistem üzərində müəyyənləşdiməklə kifayətlənmiş və icra sənədini İcra haqqında qanunun 23.1.3-ci maddəsi ilə geri qaytarmışdır. İcra sənədinin icra edilməsi üçün əlavə heç bir məcburetmə tədbirlərini həyat keçirməmişdir. Hesab edir ki icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı əsasız və qanunsuzdur. Həmin qəara ləğv edilməli və icra sənədi üzrə icraat təzələnməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3080/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, cavabdeh Borclu iddiaçı “Bank Respublika ASC-nin xeyrinə 2956(iki min doqquz yüz əlli altı) manat 94(doxsan dörd) qəpik əsas kredit borcu, 430(dörd yüz otuz) manat 62(altmış iki) qəpik kreditdən istifadəyə görə faiz borcu, 53(əlli üç) manat 18(on səkkiz) qəpik cərimə olmaqla, cəmi 3440(üç min dörd yüz dörd) manat 74(yetmiş dörd) qəpik borcu və 54(əlli dörd) manat,41(qırx bir) qəpik dövlət rüsumu tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması qərarından görünür ki, 2(002)-3080/2022 saylı xx.xx.2022ci il tarixli icra sənədi üzrə icraat başlanılmış icraat üzrə ötən dövrdə tələb könüllü olaraq icra edilmədiyi üçün borclunun əmlak və gəlir vəziyyəti yoxlanılmış, lakin onda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-cü maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır Həmin Qanunun 23.1.-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; Həmin Qanunun 23.2-cü maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-cü maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra işinin materiallarından və tələbkarın şikayət ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3080/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinin icra sənədi üzrə “icra vərəqəsinin geri qaytarılmasına” dair Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı və borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirləri görülməsinə dair icra məmuru tərəfindən tərtib edilmiş müvafiq akt icra məmuru Səbuhi Bağırov tərəfindən Tələbkar ASC-yə göndərilməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, “icra vərəqəsinin geri qaytarılmasına” dair Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsindən müəyyən müddət keçdiyindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3080/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinin icra sənədi üzrə icraat bərpa edilməli, icra tədbirləri davam etməlidir, əks təqdirdə məhkəmə aktının illərlə icrasız qalmasına səbəb olacaqdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3080/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinin icra sənədi üzrə icra vərəqəsinin geri qaytarılmasına dair Qaradağ Rayon İcra şöbəsinin icra məmuru Səbuhi Bağırovun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3080/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinin icra sənədi üzrə icra tədbirləri bərpa edilərək davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-256/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-256/2025
26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver