Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-257/2023 21.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X7 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(002)-188/2021 saylı qətnaməsinə izah verilməsi barədə iddiaçı X1 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh X4 qarşı «evdən çıxarılma, evin boşaldılması və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı massiv 8 G saylı evdən ailə üzvləri ilə birlikdə çıxarılması, evin boşaldılması və onun həmin evə köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(002)-188/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı massiv ev 8 G saylı yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və iş üzrə icra vərəqi icra edilməsi üçün Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı X2 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(002)- 188/2021 saylı qətnaməsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsində bildirmişdir ki, cavabdeh X5 qarşı «evdən çıxarılma, evin boşaldılması və evə köçürülmə» tələbinə dair iddiasına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində hakim işləmiş Gülnar Əhmədova tətəfindən baxılaraq iddiası qismən təmin edilmişdir. Belə ki, qeyd edilən qətnamədə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı massiv ev 8G saylı yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Onun tələbi isə göstərilən ünvanda yerləşən və 21,4 m2 hissəsi xüsusi mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsində olan nömrəsiz evə köçürülməsi olmuşdur. Lakin işə baxan hakim Gülnar Əhmədova buna diqqət yetirməmiş, xüsusi mülkiyyətində olan evlərin ümumi şəkildə 8G nömrəsi ilə işarələnməsini əsas götürmüş və ümumi olaraq bütün evlərin 8G nömrəsi ilə işarələnməsi kimi qəbul etmişir. Halbuki, tərtib edilmiş plan-cizgilərdə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində bir neçə müstəqil evlər, o cümlədən mübahisəli ev də vardır və onların hamısı çıxarışa əsasən 8G nömrəsi ilə işarələnmişdir. Həmin evlər müstəqil mənzillərdən ibarətdir və xüsusi mülkiyyətlərinə daxildir. Nəticədə tələbi qismən təmin edilməsinə baxmayaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-188/2021 saylı qətnaməsi Qaradağ rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilməmişdir. Məhkəmə icraçısı bunun səbəbini onunla izah edir ki, o, yalnız məhkəmə qətnaməsində göstərilən 8G saylı evə köçürülə bilər. Tələb etdiyi ev nömrəsizdir və bu qətnamədə göstərilməmişdir. Bildirir ki, mübahisəli evi də özü tikmişdir və ümumi sahəsi 26 m2 olan tikilinin 21,4 m2 hissəsi onun mülkiyyətinə verilmiş torpaq sahəsindədir. Hakim tərəfindən MPM-in 202-ci maddəsində göstərilmiş yerində müayinə aparılmadığından və həmin torpaq sahəsində bir neçə evin olması nəzərə alınmadığından qətnamənin icrasında qeyri-müəyyənlik yaranmışdır. Bütün bunların nəticəsində çox hissəsi xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən evi barədə sahiblik, istifadə və sərəncam hüququ pozulmuşdur. Bu səbəbdən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-188/2021 saylı qətnaməsinin izah edilməsi, qətnamədə göstərilmiş və xüsusi mülkiyyətində olan evlərin 8G nömrə ilə göstərilməsinin, həmin torpaq sahəsində yerləşən nömrəsiz evləri ümumilikdə ehtiva etməsi kimi qiymətləndirilib-qiymətləndirilməməsinə aydınlıq gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinin tələblərinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, qətnaməyə izah verilməsinə dair ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamənin əsaslandırıcı hissəsindən göründüyü kimi, iş üzrə müvafiq ekspertiza keçirilmiş, ekspert tərəfindən rəy verilmiş və rəydə iddiaçının istifadəsində olan torpaq sahəsinin 617 m2, iddiaçı tərəfindən mübahisələndirilən tikilinin isə sahəsi 26 m2 təşkil edir. Bundan başqa, göstərilən ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən 26 m2 sahəsi olan tikilinin 21,4 m2 hissəsi çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, qətnamədə aydın olmayan hər hansı məqam yoxdur. Qətnamədə mübahisələndirilən yaşayış sahəsi barədə müfəssəl məlumatlar yer almışdır. İddiaçının köçürülməli olduğu yaşayış sahəsinin təsviri bəllidir, qeyri-müəyyənliyə yol verilməmişdir. Bu səbəbdən, iddiaçının qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilə bilməz. İddiaçıya izah edilməlidir ki, qətnamə üzrə verilmiş icra vərəqəsinin icrası ilə bağlı tələbkarın icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət vermək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(002)-188/2021 saylı qətnaməsinə izah verilməsi barədə iddiaçı X1 ərizəsi təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-257/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-257/2023
21.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver