Məhkəmə qərarları › İş №8(002)-259/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-259/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-259/2025 02.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadənin iştirakı ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadənin Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1906/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinası əsasında icraata xitam verilməsi məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1906/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinası əsasında icraata xitam verilməsi barədə qərardad qəbul olumasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1906/2022-007 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinə Borclu «X3» MMCdən 1.708 manat 70 qəpik əmək haqqı borcu və mediasiya sessiyasına görə ödənilmiş 50 manat xərc tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu AKKORD MERMER QRANİT MMC-nun icra sənədində göstərilən ünvanına göndərilmişdir. İş üzrə Tələbkar xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu cəmiyyətlə aralarında razılıq əldə olunduğunu, icra sənədi üzrə tələbindən imtina etdiyini bildirərək icraata xitam verilməsini xahiş etmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbindən imtinasını qəbul etdikdə icra sənədinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsini rəhbər tutaraq, Tələbkar tələbindən imtinasının qəbul edilməsi barədə qərar qəbul etməyiniz Sizdən xahiş olunur. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadə məhkəmə iclasında izahatında qeyd etdi ki, «X3» MMC (AKKORD Mərmər Qranit MMC) xx.xx.2023-cü il tarixli sərəncam ilə "xxxx" MMC olaraq adlandırılmışdır. Tərəflər arasında barışıq sazişi bağlanmış və onlar bir birinə qarşı olan tələblərdən imtina etmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə olunmuş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1906/2022 saylı xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən borclu «X3» MMC-dən 1.708 manat 70 qəpik əmək haqqı borcu və mediasiya sessiyasına görə ödənilmiş 50 manat xərc tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə olunmuş Bakı Mərmər Qranit” MMC-nin təşkili haqqında xx.xx.2023-cü il tarixli sərəncamdan görünür ki, X3» MMC (AKKORD Mərmər Qranit MMC)-nin nizamnamə kapitalı artırılaraq "xxxx" MMC olaraq adlandırılmışdır. Təqdimata əlavə olunmuş "xxxx" MMC ilə Tələbkar arasında xx.xx.2025-ci il tarixdə bağlanmış Barışıq sazişindən görünür ki, Tərəflər razılaşırlar ki, X1 olan əməkhaqqı borcundan (1708,70 AZN) və Mediasiya xərcindən (50 AZN) imtina edir. (xx.xx.2022-ci il Tarixli 2(002)-1906 nömrəli İcra vərəqəsindən xx.xx.2025-ci il tarixli imtina ərizəsinə Əsasən). 2. Birinci Tərəf verilmiş qısa müddətli avanslar üzrə İkinci Tərəfin ödəməli olduğu 5920.50 AZN-in ödənilməsindən imtina edir. ("X5 İnternational Consulting" MMCnin audit rəyi və hesabatına əsasən). 3. Tərəflər bu iş üzrə bir birinə qarşı heç bir maddi tələb irəli sürməyəcək. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Tələbkar tərəfindən Qaradağ rayon icra şöbəsinə ünvanlanmış məktubdan görünür ki, borclu cəmiyyətlə aralarında razılıq əldə olunmuş və icra vərəqəsi üzrə göstərilən tələbindən imtina etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1906/2022-007 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq, icra məmurunun ifadəsini dinləyərək hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1906/2022 saylı xx.xx.2022-cü il tarixli icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş tələbdən imtina ərizəsi başqa şəxslərin hüquq və qanuni mənafələrini pozmadığından qəbul edilməli və icraata xitam verilməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1906/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtina ərizəsi qəbul edilərək icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar