Məhkəmə qərarları › İş №8(002)-26/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-26/2025

27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-26/2025 27.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu əmlakı (avtomobili) üzərinə qoyulmuş həbsin götürülməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Asif Allahverdiyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan “KİA K5” minik markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul olumasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2360/2024-007 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2016-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Alimentin tutulması 25 iyun 2024-cu il tarixdən hesablanmalıdır.Qaradağ Rayon Məhkəməsinin 8(002)-417/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “KİA K5” minik markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.İcra sənədi üzrə Tələbkar 16.01,2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını və qeyd edilən avtombilin üzərindən həbsin götürülməyini xahiş etmişdir.“İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsini rəhbər tutaraq icra işi üzrə görülmüş icra tədbirləri ləğv edilməlidir.Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2360/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi 17.01,2025-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. Odur ki, Qaradağ Rayon Məhkəməsinin 8(002)-417/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “KİA K5” minik markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi Sizdən xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq, tələbkarın ifadəsini dinləyərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2360/2024-007 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2016ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 417/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “KİA K5” minik markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarından görünür ki, Tələbkar icra sənədinin geri qaytarılmasına dair ərizəsinə əsasən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2360/2024-007 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. İcra haqqında Azərbaycan Respublikasının qanununun 23.1.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə hesab edir ki, hazırda icra sənədi tələbkarın ərizəsi əsasında məhkəməyə geri qaytarıldığından, yəni artıq icra şöbəsində müvafiq icra sənədi icra işi olmadığından həmin icra sənədi üzrə görülmüş məcburi icra tədbirləri ləğv edilməlidir. Bu səbəbdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-417/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən “KİA K5” minik markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-417/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu adına qeydiyyatda olan “KİA K5” minik markalı **-EP- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv olunsun. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar