Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-260/2024 15.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Məcidli Aysel Əli qızının katibliyi, Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin iştirakı ilə Bakı şəhəri 45 saylı Notariat Kontorunun 2953 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə əsasən borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Asif Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Asif Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri 45 saylı Notariat Kontorunun 2953 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi icrası məqsədilə borclu X1 məxsus “VAZ 2103” minik markalı **-XF-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1413/2019-014 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu və “AZ X3 Services” MMC-dən müştərək qaydada 1645,40 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 1 manat məbləğində bank xidmət xərci tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.120 manat ekspertiza xərci cavabdehlər Borclu və “AZ X3 Services” MMC-dən müştərək qaydada tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməlidir. icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu “AZ X3 Services” MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, “AZ X3 Services” MMC-nə məxsus olan Hyundai H1" minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanll və "DAF CF75.360 " yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır.İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönolməsı barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.Yuxanda göstərilənləri və "icra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə “AZ X3 Services” MMC-nə məxsus olan Hyundai H1" minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanll və "DAF CF75.360 " yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə məhkəmə iclasında ifadəsində qeyd edir ki, qətnamə üzrə borc müştərək olaraq Borclu və “AZ X3 Services” MMC-dən tutulması qət edilmişdir. Hazırda təqdimatla üzərinə həbs qoyulmasını xahiş etdiyi maşınlar “AZ X3 Services” MMC-nin mülkiyyətindədir. Təqdimatda iki maşın qeyd olunsa da birinə də həbs qoyulsa kifayət edər ki, borcun ümumi məbləği 1600 manatdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri, icra işini araşdıraraq müəyyən edir ki, Azemis Elektron Məhkəmə sistemində verilmiş sorğulardan göründüyü kimi, təqdimatla üzərinə həbs qoyulmasını xahiş etdiyi maşınlar Borclu mülkiyyətində deyildir, eyni zamanda icra məmuru tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, təqdimatla üzərinə həbs qoyulmasını xahiş etdiyi maşınlar digər borclu olan- “AZ X3 Services” MMCnin mülkiyyətində olsa da icra məmuru digər borclu olan-“AZ X3 Services” MMC-yə icraata başlamaq haqqında qərarı göndərilməmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarda Borclu 10 gün müddətində icranın könüllü olaraq təmin olunması qəraraalınmışdır. Digər borclu “AZ X3 Services” MMC barəsində icranın könüllü olaraq təmin olunması qərara alınmamışdır. Bu isə onu deməyə əsas verir ki, hazırkı icra işindən “AZ X3 Services” MMC məlumatsız olmasına dəlalət edir. Bu səbəbdən məhkəmə hesab edir ki , hazırki təqdimat yuxarıda qeyd olunan səbəblərdən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 13.4, 152.1.9, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1413/2019-saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası məqsədilə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(002)-260/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-260/2024
15.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver