Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-260/2025 29.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X2 Hüseynovun sədrliyi, Mehriban Yaşar qızı Bağırovanın katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X1 Tələbkar tələbindən imtinasının qəbul edilməsi barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2430/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən, cavabdeh “X3” MMCdən işçiyə ödənilməyən əmək haqqı və son haqq-hesab məbləğinin əvəzi olaraq 3256,91 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbin icrasının könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. İş üzrə tələbkar xx.xx.2025-ci il tarixdə ərizə ilə İcra şöbəsinə müraciət edərək, borclu ilə aralarında razılıq əldə olunduğunu, bu səbəbdən icra sənədi üzrə tələbindən imtina etdiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də icra məmuru təqdimatla məhkəməyə müraciət edərək tələbkarın imtinasının qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Tələbkar elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək, icra sənədi üzrə tələbdən imtinasının qəbul edilərək, onun iştirakı olmadan təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən tələbkarın xx.xx.2025-ci il tarixli ərizəsini, habelə tələbkarın xx.xx.2025-ci il tarixli ərizəsini, eyni zamanda mülki prosesdə dispozitivlik prinsipini, həmçinin tələbdən imtinanın hər hansı üçüncü şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq, belə qənaətə gəlir ki, icra məmurunun təqdimatı təmin olunmalı, tələbkarın icra sənədi üzrə tələbindən imtinası qəbul edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 13.4, 231, 263- 269-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Tələbkar icra sənədi üzrə tələbindən imtinası qəbul edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-260/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-260/2025
29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver