Məhkəmə qərarları › İş №8(002)-261/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-261/2025

03.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-261/2025 03.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi İmanov Tural Arif oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 Tələbkar tələbindən imtinasının qəbul edilməsi barədə təqdimatına məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(002)-2258/2022 saylı icra vərəqəsinə əsasən, borclu «X2» MMC-dən işçiyə ödənilməyən əmək haqqı və son haqqhesab məbləğinin əvəzi olaraq 4.154,21 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Təqsimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcrara başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbin icrası üçün 10 gün müddət müəyyən edilmişdir. İş üzrə tələbkar xx.xx.2025-ci il tarixdə ərizə ilə İcra şöbəsinə müraciət edərək, borclu ilə aralarında razılıq əldə olunduğunu, bu səbəbdən icra sənədi üzrə tələbindən imtina etdiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də icra məmuru təqdimatla məhkəməyə müraciət edərək tələbkarın imtinasının qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən tələbkarın xx.xx.2025-ci il tarixli ərizəsini, eyni zamanda mülki prosesdə dispozitivlik prinsipini, həmçinin tələbdən imtinanın hər hansı üçüncü şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq, belə qənaətə gəlir ki, icra məmurunun təqdimatı təmin olunmalı, tələbkarın icra sənədi üzrə tələbindən imtinası qəbul olunmalıdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tələbkar icra sənədi üzrə imtinası qəbul edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar