Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-276/2023 22.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru İlkin Məmmədovun daşınmaz əmlak üzərinə həbsin qoyulması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1825/2023 saylı məhkəmə qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 27 ünvanında yerləşən 1 saylı mənzilə görə 2020-ci ilin iyul ayından dekabr ayınadək banka ödənilmiş 8000 (səkkiz min) manat pulun ½-nə, yəni 4000 (dörd min) manat hissəsinə iddiaçı Tələbkar pay hüququ müəyyən edilməli, birgə nikah dövründə əldə edilmiş 2012-ci il buraxılışlı, “Mercedes Benz C 250” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 10.500 manat pulun 1/2 hissəsi, yəni 5250 (beş min iki yüz əlli) manatı cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməli, cavabdeh Borclu qiyməti 3.300.00 manat, 750 əyyarlı, çəkisi 33 qram olan komplekt briliant (üzük, sırğa, qolbaq, sep, klon); qiyməti 600.00 manat, 750 əyyarlı, çəkisi 6 qram olan klonlu qızıl sep; qiyməti - 800.00 manat, 750 əyyarlı, çəkisi 8 qram oian qızıl kəpənək üzük; qiyməti - 900.00 manat, 750 əyyarlı, çəkisi 9 qram olan göy qaşlı sırğa; qiyməti - 800.00 manat, 750 ayarlı, çəkisi 8 qram olan sep, qolbaq (komplekt); qiyməti - 36.00 manat, 925 əyyarlı, çəkisi 9 qram olan gümüş komplekt (sep, üzük, sırğa); qiyməti 700.00 manat, 750 əyyarlı, çəkisi 7 qram olan briliant qaşlı üzük; qiyməti - 600.00 manat, 750 əyarlı, çəkisi 6 qram olan qızıl üzükdən ibarət qızıl-zinət əşyaları, onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan 7.736 manat məbləğində pul cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru İlkin Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 27, 1 saylı və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 42, 11 saylı mənzillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru İlkin Məmmədov təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 27, mənzil 1 və ünvan 3 ünvanlarında yerləşən mənzillər müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Borclu adında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 27, 1 saylı mənzil və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 42, 11 saylı mənzillər vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bütün göstərilən halları, o cümlədən icra sənədi üzrə tələbin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, borcluya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 27, 1 saylı mənzilin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 27, 1 saylı mənzilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-276/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-276/2023
22.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver