Məhkəmə qərarları › İş №8(002)-28/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-28/2023

25.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-28/2023 25.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3365/2018 nömrəli, 19 sentyabr 2018-ci il tarixli icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 3365/2018 nömrəli, 19 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən Borclu 765 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 21 oktyabr 2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra haqqında qanunvericiliyin tələbindən görünür ki, borclunun məcburi gətirilməsi tədbiri o halda tətbiq olunur ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmış olsun. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru borclu şəxsin onun çağırışları üzrə icra şöbəsinə gəlməkdən boyun qaçırması halına istinad edərək, onun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə, təqdimata əlavə edilmiş sənədlərə və 178337/2019-34-19-001 nömrəli İcra İşinə baxış keçirərək Borclu çağırılması üçün hansı tədbirin görülməsi (sms xəbərdarlıq, xəbərnamə və digər) və ümumiyyətlə, tələbin könüllü icrası barədə qərarın borcluya çatdırılması barədə hər hansı sübutun olmadığını müəyyən etmişdir. Bununla da, məhkəmə araşdırması zamanı təqdimatın əsası kimi istinad olunan halların müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qeyd edilən hallar müəyyən edilmədən borclu şəxs barəsində məcburi gətirmə tətbiq edilməsi şəxsin konstitusion hüquqlarının əsassız yerə məhdudlaşdırılması ilə nəticələnə bilər. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263- 264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar