Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-280/2023 16.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, X1, Borclunun nümayəndəsi X7, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 iştirakı ilə, X1 Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilərək icra sənədinin icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş ertmişdir. Məhkəmə iclasında X2 ərizə ilə məhkəməyə müraciət edərək, icra qurumunun qeyd olunmuş xx.xx.2023-cü il tarixli qərarından şikayət verəcəyini nəzərə alıb hazırkı ərizəsinə baxılmadan onun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi X10 ərizənin geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında icra məmuru X9 ərizənin geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tələbkarın, borclunun və icra məmurunun izahatlarını dinləyib, X1 ərizənin geri qaytarılması barədə müraciətini araşdıraraq hesab edir ki, ərizə ilə müraciət etmiş şəxs tərəfindən həmin ərizənin geri qaytarılması xahiş edildiyindən, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, X2 ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin baxılmadan geri qaytarılması xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmadan tələbkara geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. X1 Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-280/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-280/2023
16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver