Məhkəmə qərarları › İş №8(002)-280/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-280/2025

04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-280/2025 04.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1005/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulmasına dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan "Kamaz 5511 yük" markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata minik" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1005/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 27 yanvar 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində (200 manat/400 manat = 0,5 misli) olmaqla, cəmi 1 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 68 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına gönderilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "Kamaz 5511 yük" markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata minik" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.Yuxarıda göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-c maddəsini rəhbər tutaraq, icra sənədi üzrə borclu ALXANBƏYLİ AĞAMALİ MEHDİXAN oğluna məxsus olan amaz 5511 yük" markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonat minik" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına qərardad verilməsi xahiş olunur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq icra tədbirləri həyata keçirməlidir. Təqdimata əlavə edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1005/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icraata başlanmış və 10 gün müddətində könüllü icra edilməsinə dair bildiriş borclunun ünvanına göndərilmişdir Təqdimata əlavə edilmiş elektron portal çıxarışının surətindən görünür ki, "Kamaz 5511 yük" markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata minik" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu mülkiyyətindədir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan ""Kamaz 5511 yük" markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata minik" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin üzərinə həbs qoyulmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264-cü və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus olan "Kamaz 5511 yük" markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata minik" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar