Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-291/2025 11.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X3 Hüseynovun sədrliyi, Mehriban Yaşar qızı Bağırovanın katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)-501/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsi üzrə 06 avqust 2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən, cavabdeh Borclu 14 dekabr 2021-ci il tarixli BRML4531826A103 saylı kredit xətti müqaviləsi üzrə 287,35 manat əsas, 46,19 manat faiz olmaqla, cəmi 333,54 manat, 14 dekabr 2021-ci il tarixli, GTKR4531827A103 saylı kredit müqaviləsi üzrə 4551,53 manat əsas, 483,72 manat faiz olmaqla, cəmi 5035,25 manat kredit borcu və ödənilmiş 73,69 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nə ödənilməlidir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbin icrasının könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü icra edilmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasından yayınan borclunun ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane ola bilər. Bu səbəbdən Qaradağ rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə, icra məmurunun təqdimatına əlavə etdiyi sənədlərin surətlərini, o cümlədən tələbin könüllü icrası haqqında bildirişin surətini, borclunun yazılı izahatının surətini nəzərə alaraq belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №8(002)-291/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-291/2025
11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver