Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-292/2025 12.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Tələbkar X1, Borclu iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-236/2025 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-236/2025 saylı icra sənədinə əsasən icra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,681 misli həddində sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, həmin icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-236/2025 saylı icra sənədinə əsasən icra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,681 misli həddində sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2025-ci il tarixdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsində nəzərdə tutulmuş qərar qəbul edilərək, Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bu səbəbdən, məhkəmədən Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Borclu məhkəmə iclasında təqdimatı qəbul etmədi və izahatında bildirdi ki, onun icra sənədi üzrə bu günədək icra olunmayan borcu yoxdur. Bu səbəbdən, təqdimatın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Tələbkar X4 məhkəmə iclasında bildirdi ki, Borclu Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-236/2025 saylı icra sənədi üzrə bu günə qədər icra edilməmiş borcu yoxdur. İş üzrə icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun və tələbkarın izahatlarını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilə bilməz. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-236/2025 saylı icra sənədindən görünür ki, Borclu xx.xx.2024cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,681 misli həddində sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Qaradağ rayon İcra şöbəsinin 11 aprel 2025-ci il tarixli qərarından görünür ki, icra sənədi həmin gün icra məmurunun icraatına qəbul edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişinin surətindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması xahiş edilmişdir. Bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Təqdimata digər sənədlər əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Lakin təqdimat araşdırılarkən müəyyən olundu ki, təqdimatla məhkəməyə müraciət olunan tarixə borclunun icra sənədi üzrə icra edilməmiş aliment borcu yoxdur. Bunu tələbkar da etiraf edir. Eləcə də, məhkəmə iclasına gəlməmiş icra məmuru ilə telefon əlaqəsi zamanı sonuncu bildirmişdir ki, hazırda təqdimatı müdafiə etmir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-236/2025 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilə bilməz. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-236/2025 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Əhmədzadənin təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №8(002)-292/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-292/2025
12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver