Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(002)-294/2025 11.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin, Borclu, Tələbkar iştirakları ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-996/2025-saylı, xx.xx.2025-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-996/2025-010 nömrəll, xx.xx.2025-cü il tarixli icra sənədinə Borclu xx.xx.2024-cü il tarixden hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü Tələbkar yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli həddində aliment tutularaq Tələbkar ödənilməlidir.İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X1 icra sənədində göstərilən ünvanına göndərilmişdir Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir."İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbin tətbiq olunur."İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəfimizdən qəbul edilərək borclu X1 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, borclu X1 məcburi gətiriməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Borclu məhkəmə iclasında izahatında qeyd etdi ki, təqdimat təmin edilməsin, borcunu ödəmiş və icra şöbəsinə isə vaxt-vaxtında çağırışlarına gəlir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə məhkəmə iclasında izahatında qeyd etdi ki, borclu borcunu ödəmişdir, artıq təqdimatın təmin edilməsinə lüzum qalmamışdır. Tələbkar məhkəmə iclasında təqdimatın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, təqdimat təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək qeyd edir ki, hazırda borclu məhkəmə iclasında iştirak etmiş və icra məmurunun izahatına əsasən icra sənəndi üzrə yaranmış borcunu ödəmişdir Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədinin icrası ilə əlaqədar hər hansı bir məcburi icra tədbirinin tətbiq edilməsinə lüzum yoxdur. Bu səbəbdən təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-996/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin təqdimatı təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №8(002)-294/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №8(002)-294/2025
11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver